Donuq dodaq boyalarının məhşurluğunun nədə olmasını düşündükdə, mat rənglərin sadə parıltılı rənglərə nisbətən daha zərif və incə olmasıdır. Bununla yanaşı donuq dodaq boyası yayılmır, qalıcılığı ilə üstünlük təşkil edərək təkrar stifadı ehtiyah duymur. Bir sözlə donuq dodaq boyası cazibədar və yadda unudulmaz makiyak yaratmaq üçün mükəmməl alətdir və sən bu cür makiyajdan istifadə edənləri artıq tanıyırsan!
Emma Stoun və Donuq çəhrayı
Bu tərz bizi valeh edib: əlvan, gül rəngli və əsl yaz tərzli. Sirr nədədir? Parlaq ağ dəri, səliqəli qaşlar və bir-neçə qat tuş dodaqları vurğulamaq üçün kifayətdir.
Rihannanın böyürtkənli dodaqları
Rihannanın dodaqları həmişə diqqət mərkəzində olub. Məxməri donuq effekt isə bütün diqqəti yalnız dodaqlara cəmləyir! Həmçin donuq dodaq boyası təklikdə aktual tərz yarada bilir. Dodaq dodaq boyasını mövsümün mast have-i adlandırmaq olar.
Кayli Jennerin irisləri
Qəhvəyi rəng çalarları yenidən dəbdədir! Kayli Cennerin 90-cı illər tərzində iris rəngi donuq dodaqları buna sübutdur. Fikir verin: Kayli heç vaxt parıltıdan istifadə etmir, yalnız bir rəng.
Sienna Miller və təbii donuq
Sienna Millerin mat rəngli dodaq boyası ilə olan təbii makiyajı, ulduz tammakiyajsız olduğu effekti verir. Lakin əsas sirr də elə budur! Bu tərz onun üz cizgilərini vurğulayaraq gözəlliyin üzə çıxarır.