ÜZ KORREKSİYASI?
Narahat olma: Bu yalnız xüsusi məhsulların köməyi ilə üz tonunu korreksiya etməyə imkan verən makiyajda professional texnikadır.
BU MƏNƏ LAZIMDIR?
Makiyaj vasitəsi ilə üz korreksiyası qeyri-bərabər üz tonu ilə mübarizə aparan hər kəsə kömək edəcəkdir. Qara kölgələr, piqment ləkələri, post-akne və ya qızartı – bu “qusurları” müəyyən rəngləri istifadə etməklə korreksiya etmək olar. Və bu elə də çətin deyil!
O NECƏ İŞLƏYİR?
Texnika rəngli dairə prinsipinə əsaslanır. Əks istiqamətdə yerləşən çalarlar bir-birini neytrallaşdırır. Yaşıl qırmızını neyrtallaşdırır; narıncı göyü örtür; sarı isə bənövşəyinin öhdəsindən gəlir.
ƏGƏR TƏCRÜBƏYƏ YAXINDIRSA?
Başlanğıc üçün sənə lazımi dəst lazım olacaq. Korreksiya edici The ONE kirşan-fiksatorla başla- onun çalarları istənilən vəziyyətdə qurtaracaq!
Makiyajdan öncə dərini nəmləndir. Korreksiyaedici məhsulu çəkmək üçün F05 konsiler üçün fırçadan istifadə et - çaları dəridə vurma hərəkətləri ilə yay. Lazım gələrsə barmaqlarından da istifadə et. Sonda tonal vasitəni çək və hamısını makiyaj üçün süngərlə yay.
MƏN HANSI ÇALARLARDAN İSTİFADƏ ETMƏLİYƏM?
Yaşıl çalar istənilən qızartını və ya sızanaqları örtür. Bənövşəyi – göyərmələr və piqment ləkələri üçündür. Sarı isə - gözaltı qara kölgələri və hətta kiçik qızartıları gizlətmək üçün əla seçimdir. Sən narıncı rəngdən də gözaltı zonanı aydınlaşdırmaq və göy çaları neytrallaşdırmaq üçün istifadə edə bilərsən. Belə bir koloristika!