Bayram mövsümündə dəriyə qulluq

Tezliklə Yeni İl yaxınlaşır və sən bütün partilərdə mükəmməl görünmək istəyirsən. Dərinin normal vəziyyətdə olması burada əhəmiyyətli rol oynayır. Sadə məsləhətlərə riayət et və ulduz kimi parla!

DƏRİYƏ HƏR GÜN QULLUQ ET
Bayram günlərində biraz dincəlmək olar və bu əladır. Lakin bu sənin gündəlik dəriyə qulluğuna mane olmamalıdır. Fikirini iki əsas mərhələyə böl: təmizləmə və nəmləndirmə. Yeni İl partilərinə parlaq və ifadəli makiyaj ilə qatıl!
Həmçinin, üzün makiyajlı yatmağa getmə.

ÇOXLU SU İÇ
Ailə yığıncaqlarında bütün bu inanılmaz dadlı yeməkləri və içkiləri dadmaq üçün uzun müddət gözləyirdik. Lakin bütün bunlar üz dərisinin vəziyyətinə çox pis təsir edir. Spirtli içkilər susuzlaşdırma və dərinin tutqun rənginə gətirib çıxarır. Amma baxmayaraq, sən yenidən digər partiyə hazırlaşmalısan! Bizim tövsiyyəmiz: hər yığıncaqdan əvvəl və sonra  çoxlu su iç. Hər bir kokteyl ya şərab bardağından sonra su iç. Bu dərini təravətlı və sağlam saxlamağa kömək edəcək.

NARAHAT OLMA
Bizim ailəvi yığıncaqlar haqda bəzi məlumatımız var: bəzən onlar əsəbləşdirir. Və hər bir gərginlik dərhal dəridə əks olunur! Əlbəttə, hər şeydən yaxşı bayram günlərində fikir ayrılığını unutmaqdır, lakin belə bir hadisə baş versə nə etmək lazımdır? İndi axşam planlarına meditasiya da əlavə olunacaq. Bir fincan ətirli çay dəmlə, özünə qayğı göstər və sevimli kitabını oxumaq üçün vaxt ayır. Bəli, bu vaxt aparacaq. Amma əldə edəcəyin nəticəyə görə dəyər.

SAĞLAM GİDALANMAĞA UNUTMA
Kim deyib ki, bayram süfrələri ancaq ağır zərərli yeməklərdən ibarətdir? Sağlam yeməkləri masanın üzərinə düzməyi unutma. Həmin yeməklər vasitəsilə dərin vitamin və mineralları qəbul edəcək. Mövsüm tərəvəzlərindən yüngül salat hazırla — onların tərkibində dərini qidalandıran və gərginlik ilə mübarizə aparan çoxlu antioksidant var. Həmçinin, antioksidantlar əhval-ruhiyyəni qaldırmağa kömək edir!

YUXUNU AL
Bəzən sağlam yuxu və əyləncə seçimi arasında qalırsan. Yuxu çatışmazlığı yorğun gözlər və üzün solğun rənginə gətirib çıxarır. “Gözəllik yuxusu” terminini elə belə fikirləşməyiblər: sənə yaxşı görünmək üçün gün ərzində 6-8 saat yuxu tələb olunur. Müasir tədqiqatlar göstərir ki, gecə yuxusu dövründə hüceyrələrin yenilənməsi sürətlənir və bu da dərinin bərpasına kömək edir. Bu da səhər təravətli görünüş deməkdi.  

Mətn: Şəkil: Oriflame