UÇUŞ ZAMANI
Səyahət etməyi və kosmetikanı xoşlayırsansa, bütün misilsiz vasitələrini 100-millilitrəlik flakonlara yerləşdirmək fikri belə səni dəhşətə gətirəcək. Qorxmaq lazım deyil. Əl çantanda sənə bir neçə məhsul lazım olacaq, digərlərini isə baqaja verə bilərsən.
Hava limanına makiyajsız gəl və səyahətdən əvvəl dərini yaxşıca nəmləndir. Uçuş hər zaman dəri üçün stresdir, bunun üçün əl çantanda nəmləndirici gündüz kremi, əl üçün losyon və dodaq balzamı götür.
Uçuş zamanı təmizləyici salfetlər vasitəsilə dərini təmizlə, üz və əllərini silən kimi özünü daha yaxşı hiss edəcəksən.
Gecə reysi ilə uçursan? Gözlərin altındakı şişkinlikləri aradan qaldırmaq üçün əl çantana gözətrafı dəri üçün krem qoymağı unutma.
Heç kim uçuşdan sonra ideal saç düzümü ilə öyünə bilməz, ona görə də daraq və quru şampunu uzağa qoyma.
HOVUZ KƏNARINDA
Günəşdən müdafiə kremi sənə səhərdən axşamadək lazım olacaq, buna görə də səyahətə hazırlaşarkən bunu nəzərə al və özünlə kifayət qədər vasitə götür. Qaralma losyonlarının əksəriyyəti həm bədən, həm də üzə uyğundur, lakin məxsusi məhsullar daha xoş təsir bağışlayırlar.
Günəşli günlərdə SPF-dən ibarət parlaq dodaq boyasını unutma - üz və bədən kimi, dodaqları da müdafiə etmək vacibdir.
Saçlarını da unutma! Quru və haçalanan ucların olmaması üçün onların üzərinə bir qədər termal srey vur.
OTELDƏ
Tropik bürkü sənin gözəlliyə dair təsəvvürlərində dəyişiklik tələb edəcək: tam makiyajı yüngül BB və CC kremlərlə əvəzlə. Onlardan əlavə, suyadavamlı tuş və parlaq dodaq boyasından istifadə etmək kifayətdir.
Duş üçün dərini təmizləyən və yumşaldan dolğun vitaminli skrabı götürməyi unutma. Qeyri-bərabər dəri rəngindən canını qurtarmaq üçün qaralmadan sonra vasitələrinə qənaət etmə.
Gündüz üz üçün SPF-ə malik kremdən istifadə et, yatmazdan əvvəl üzünə antioksidantlarla zəngin gecə kremi vur, bu zaman sən yatarkən bərpa prosesləri işə düşəcək.
Dərinin sağlamlığı üçün Omeqa-3 çox vacibdir, buna görə də bu əlavədən kifayət qədər götürməyi unutma.