Evə Spa-salonu

Kim dedi ki, ev şəraitində spa-salon yaratmaq mümkün deyil? Sevimli məhsullarını hazırla, biz isə onlardan necə istifadə etməkdən danışacayıq.

ABU-HAVA YARAT

Ev spa-salonunun əsas qaydası: üz maskalarından istifadə etməkdir. Hansı nəticəni almaq istəməyindən asılı olmayaraq: nəmləndirmə, qidalandırma, liftinq və ya qırışların azaldılması — maskalar dəriyə çox gözəl tərsir edir. Uyğun olanı seç və düzgün istifadə et ... Stop! Nəyə görə də sevimli müsiqini işə salıb gözəl ətirli şamı yandırmayasan? Sən abu-havanın dərhal dəyişdiyinin şahidi olacaqsan. 

DƏBDƏBƏLİ DETALLAR ƏLAVƏ ET

Çox spa-salonlarda dəri məsamələrini açmaq və çirkin təmizlənməsi üçün maskanı qaynar dəsmalla silirlər. Bu proseduru ev şəraitində təkrarlamaq üçün sənə təmiz pambıq-kağız materiallı dəsmal lazımdır. Ona qaynar suda islat və bir neçə qat üst-üstə qoyaraq üzdən maskanı incə hərəkətlərlə sil. Nəticəni özünüz görün!

KONTRASLA OYNA

Dərini ayıltmaqda kontras duşdan yaxşı heç nə ola bilməz. O bədənə dərhal enerji verir, ummuniteti artırır və qan dövranını stimullaşdırır. Vacibdir: normal vəziyyətə qayıtmaq üçün duş qəbulunun son 3-5 dəqiqəsi neyral temperaturda olmalıdır. 

ARTIQDAN AZAD OL

Düşünürsən ki, gözlərdə şişkinliyi ancaq xiyar dilimləri ilə aradan qaldırmaq mümkündür? Heç də yox. Bir neçə çay qaşığını 15 dəqiqəlik soyuducuya qoy, daha sonra götürərək göz sümüyünün üstünə qoy. Daha sonra gözətrafı kremdən istidadə et. Bu metod kremin təsirini artırır. Ən əsası  — kremin gözün selikli qişasına düşməkdən qoru.  

 

DƏRİNİN QEYDİNƏ QAL

Dəri yaşlaşdıqca tekstur və ton dəyişir. Bu kollagen və elastinin itkisindən baş verir. Üzə konturlarını dəqiqlik və hamarlıqla təmin etmək üçün kofein və ya retinol tərkibli zərdablardan istifadə et. 

MANİKÜR VƏ PEDİKÜR ET

Ev spa-salon effekti üçün əsas düzgün məhsullar seçməkdir. Hər şeyin əlinin altında olduğunu yoxla:

  • Dırnaq boyasını təmizləmək üçün vasitə: dırnaqları köhnə dırnaq boyasından təmizləyərək onları yeni dırnaq boyası üçün hazır edir;
  • Pemza: döyənəklərdən qurtulmağa kömək edir;
  • Dırnaqlar üçün bıçqı: fırma verir və dırnaq üstlüyünü cilalayır;  
  • Kutikullar üçün balzam: yumşaldır, qidalandırır və dırnaqları quruluqdan müdafiə edir;
  • Dırnaqlar üçün istənilən dırnaq boyası.

Daha çox öyrənmək istəyirsən? Manikürda etmək lazım olmayan beş səhv haqqında daha çox öyrən.

 

Mətn: Şəkil: Getty Images