1. SƏHƏRİN SEHRİ
Evdən 15 dəqiqəyə çıxmalısan, amma sən hələ də hazır deyilsən? Makiyaja vaxtın yoxdur? Sənə tez, sadə və yeni makiyajı göstəririk.
— Yüngül tonal kremi gözlərin altındakı qara dairələrə, qızartılara, səpmələrə çək. Dərin səni qane edirsə, sadəcə kirşan əlavə et.
— Gülümsə və yanaqlarına açıq çalarlı ənlik əlavə et.
— İndi isə tuşa keçək. Fırçanı öz tərəfinə bur (saç düzümü zamanı etdiyin hərəkət ilə) ki, kirpiklərin bükülmüş formada olsun. Dodaqlarına çalarlı qidalandırıcı balzam çək.
2. İŞDƏN SONRA
İşimizi çətinləşdiririk: işdən sonra sən teatra, görüşə və ya digər bir yerə gedirsən. Bir neçə hərəkətə gündəlik obrazını dəyişə bilərsən.
— Göz üçün qələmlərlə kirpiklər arasında boşluqları doldur. Bu, oxları çəkməkdən daha asandı, amma “təsiri” heç də ondan zəif deyil.
— Göz qapaqlarına sayrışan kölgələr çək və üzərindən bir lay tuş əlavə et. Dodaqlarına şaftalı parıltısı çəkin.
Partiyə hazırlaşırsan? Rahatlıq mühitindən çıxmağa çalış! Rəngli kölgələr və parlaq dodaq boyalarını uyğunlaşdırmaq üçün top-vizajist olmağa gərək yoxdur. Şənlən və daha cəsarətli ol: bu sadəcə makiyajdı - onu istədiyin zaman silə bilərsən.
— Göz qapağına qəhvəyi kölgələri çək . O, bütün göz rənglərini vurğulayır. Kölgələri barmaqlarınla da çəkə bilərsən!
— Dodaqların üçün dodaq boyasının parlaq çalarlarını seç. Əgər düz kontur çəkmək alınmırsa, qələm və nazik fırçadan istifadə et.
— Dırnaq boyasını unutma: onu makiyaja, geyimə və aksessuarlara uyğun seç.