Kosmetikadan 100% istifadə edərək büdcəyə necə qənaət etmək olar?

Sevimli məhsulların bitməsi həmişə kədərlidir. Ancaq məyus olma! Biz büdcəyə qənaət edərək sevimli dodaq boyası, tuş və tonal əsasa ikinci həyat verməyin yolunu bilirik. Başlayaq!

TONAL ƏSASA BİR QƏDƏR QİDALANDIRICI KREM QAT (VƏ YA BRONZERƏ)

Tanışdır: Tonal əsasdan azca qalıb, yalnız atmağa əliniz gəlmir. Birincisi: tonal əsas qabına bir qədər nəmləndirici krem qat. İkincisi: flakonu yaxşıca qatışdır. Üçüncüsü: bronzeri nəmləndirici flüidlə qarışdır. Beləliklə tonlaşdırıcı əsas hazırdır. 

DODAQ BOYASINDAN 100% İSTİFADƏ ET

Sən dodaq boyasının bitdiyini düşünə bilərsən, lakin bu belə deyil. Qabın dibindəki dodaq boyasından istifadə etməyə pambıq çöplər kömək olacaq. Əgər bir qədər də qənaət etmək istəyirsənsə, dodaq boyasından ənlik kimi də istifadə edə bilərsən. 

TƏRAŞ KREMİNİ SAÇLAR ÜÇÜN KONDİSİONERLƏ ƏVƏZ ET

Bəli, sən səhv eşitmədin: bu doğurdan da işləyir. Adi saç kondisioneri hamar təraşı təmin edə bilər. Nə qədər qəribə səslənsə də, bu məhz belədir. Qızartı və kəsiklərin olmaması üçün kondisioerdən bolluca dərinə çək.  

TUŞUN FIRÇASINI ATMAYIN

Kirpiklər üçün tuşu hər üç aydan bir dəyişmək lazımdır – bu qızıl qaydadır. Ancaq bu o deməl deyil ki, fırçaları da atmaq lazımdır. Onları paltaryuyan maşında və ya axır su altında maye əl sabunu ilə yaxşıca yu. Beləliklə, qaş üçün fırça hazırdır. 

KREMIN DOZATORUNU  ÇIXART  

Bədən kremindən lap az qalıb? Radikal tədbirlər gör. Çevir və flakonun dibinə bax — qalan qalıq minimum 1-2 istifadə üçün kifayət etməlidir. Dozatora bas, sən nə qədər krem qaldığına təəccüblənəcəksən. Kritik hallarda isə flakonu kəs. 

Mətn: Şəkil: Oriflame