Макияж для выпускного

Buraxılış gecəsi üçün makiyajı

Buraxılış gecəsi - yetkinlik həyatının ilk bayramıdır. Lakin çox böyük görünməyə tələsmə. Təbii makiyaj və zərif saçdüzümü ilə gözəlliyini vurğula.

SIX YIĞILMIŞ SAÇLAR 
Hamar saç düzümü boyun və çiyinlərin gözəlliyini vurğulayır, qaşları nəzərə çarpdıran təbii makiyaj isə diqqəti parlaq baxışlara cəlb edir. Макияж для выпускного

MAKİYAJ
Dəbli parlaq dəri effektinə nail olmaq üçün üzünə işıq yayan hissəciklərə malik nəmləndirici krem, sonra dəri tonunu bərabərləşdirən CC krem çək. Şəffaf kirşandan istifadə et - o yağlı parıltını aradan qaldıracaq, təbiilik isə qalacaq. Dodaqlarına bej-çəhrayı dodaq parıltısı uyğun gələcək. Qaşlarını səliqə ilə rənglə - bu yeni mövsümün makiyajının ən aktual trendirir. Saçlarının çıxma xətti boyunca problemləri aradan qaldırmaq üçün pudra kölgələrindən istifadə et. Təmiz quru fırça ilə üzündəki xətləri bərabərləşdir - qaşların təbii qalın görünməlidirlər. Yuxarı kirpiklərini uzunluq verən tuşla yüngülcə vurğula. 


SAÇ DÜZÜMÜ
Nəm saçlara hamarlayıcı staylinq vasitəsi çək, fen və böyük şotka daraq ilə həcm verərək qurula. Alnın üzərində bir qədər saç ayır, qalan saçları boyunun ardında "at quyruğu" formasında yığ. Ayırdığın saçı əlavə həcm vermək üçün yüngülcə dara, arxaya apar və "at quyruğuna" dolayaraq rezinlə bərkit. Saçların hamısını əlində bur, rezinin ətrafına dola, sancaqlar ilə bərkit və parıltı effektinə malik saç lakı ilə fiksə et. Saç düzümünü diadema və ya bəzəkli çənbər ilə tamamla. 


Макияж для выпускногоSƏLİQƏLİ DALĞALAR
Nəcib dalğalar. Açıq saçlarla qabarıq makiyaj ideal görünür.


MAKİYAJ
Qaralma effektli qabarıq makiyaj iki çalarlı tonal vasitələrlə yaratma qolar. Daha açıq tonu alnına, burun, gözlərin altı və yuxarı almacıqlara, daha tündü isə burnun pərələri, yanaqlar, çənə və aşağı almacıqlara vur. Sərhədləri səliqə ilə yay, çalarlar arsındakı keçidlər nəzərə çarpmamalıdır. Almacıqları yüngülcə bronzlaşdırıcı kirşan ilə vurğula. Qələmin köməyilə qrafik sıx qaşlar çək, yuxarı göz qapaqlarına bej krem kölgələri, yuxarı kirpiklərə isə həcm verən tuş vur. Son ştrix təbii çalara malik donuq dodaq boyasıdır: qaralmış dəriyə şaftalı çaları, daha açıq dəriyə isə bej-çəhrayı çaları seç.  

SAÇ DÜZÜMÜ
Nəm saçlara buruq yaratmaq üçün muss çək və hamar fırça ilə bütün saçlara yay. Böyük biqudilərə sarı və fenlə qurula. Buruqları aç və başını qabağa əyərək dara. Saçını çəpinə ayır və onlara gözəl sancaq vur. Saçlarına saç lakı vur, barmaqların və daraq ilə dalğalar yarat və yenidən saç lakı ilə möhkəmləndir. 

Mətn: Şəkil: Oriflame