Dodaq boyasını necə seçmək olar?

Mat finiş və ya parıltı, yarımşəffaf örtük, dolğun tekstur və ya zərlər – dodaq boyasını seçmək həmişə asan deyildir, lakin biz sizə kömək edəcəyik. Bələdçini oxu və kosmetik çantanı yenilə.

1. ƏGƏR EVDƏ OTURULMURSA
Nə qədər ki, ətrafındakı hər şey qış yuxusuna gedib, sən isə şkafdan konkilərini götürüb bayıra çıxırsan? Qar yağışı altında romantik gəzintiləri və qış idman növlərini sevirsən? Biz səninlə qürür duyuruq. Yalnız onu unutma ki, şaxtada dəri stres altında olur və bu ən çox dodaqların payına düşür. SPF 12 Giordani Gold dodaq üçün bərpaedici balzam istifadə et. Balzamın tərkibindəki E vitamini dodaqları qidalandırır, hialuron turşusu nəmləndirir, SPF faktoru isə günəşdən qoruyur (bəli-bəli, inanmaq çətin olsa da o, qışda da fəaldır). Əgər sənə daha böyük faktor lazımdırsa yeni SPF 20 The ONE dodaq üçün nəmləndirici balzam-müdafiəyə diqqət yetir. Yüngül parlayan çalarlar təravətli və baxımlı obraz yaratmağa kömək edəcəkdir, axı istənilən hava şəraitində gözəl olmaq mümkündür.

2. ƏGƏR BLOGERLƏRİN ŞÖHRƏTİ RAHATLIQ VERMİRSƏ
İnsta-diva olmaq istəyirsən? Düzgün makiyajsız mümkün deyil! Mat teksturlar şəkillərdə gözəl görünürlər. The ONE Lip Sensation maye dodaq boyası-musu seç: onun dəbli mat finişi və dolğun, tozvari çalarlarda trend palitrası var. Yalnız düzgün filtri tətbiq etmək qalır!


3. ƏGƏR SADƏCƏ OLARAQ PARLAMAQ İSTƏYİRSƏNSƏ
İnkar etməyəcəyik: parıltı yenidən dəbdədir. Əgər sən də çoxdan onun üçün darıxmısansa, xırdalıqlara fikir vermə- The ONE Power Shine dodaq parıltısını götür. Brilyant parıltısı, təravətli çalarlar, həcmin vizual böyüməsi- indi belə nəinki 90-cı illərin diskotekasına, hətta dostlar ilə gəzintiyə və kokteyl gecələrinə də getmək olar.

4. VƏ YA İŞƏ BAYRAMA GEDƏN KİMİ GƏLMƏK
İş obrazı – sıxıcı səslənir? Biz belə düşünmürük! Rəsmi görüş və ya müsahibə zamanı sən nəinki profesionallığınla hətta xarici görünüşünlə də heyran edə biləsən. Diqqət: heyran etmək, şoka salmamaq, buna görə də ekstremal çalarları axşama qədər saxlamağı məsləhət  görərdik. Giordani Gold  “Stil ikonu” dodaq boyasının klassik palitrası və nəcib parıltısı - ən doğrusudur.


5. ÇƏTİNLİKDƏN QAÇANLAR ÜÇÜN
Sən artıq bu teksturlar və finişlər arasında çaşıb qalmısan, sən sadəcə olaraq gözəl bir dodaq boyası tapmaq istəyirsən? Götür: The ONE Color Obsession dodaq boyası sürprizsiz məhz beləsindəndir. Seçmək qalıb: nyud və ya dram. Bununla belə, seçmək nəyə gərəkdir? Hər ikisini götür!

Mətn: Şəkil: Oriflame