Bir milyon layklıq parıltı

THE ONE seriyasında IlluSkin maye xaylayter çıxdı - instaqram ulduzları üslubunda parlaq dərinin effektini yaratmaq üçün əvəzsiz məhsul. Oriflame byuti mütəxəssisi Galina İlyina yeni məhsuldan necə istifadə etmək haqqında danışır.

THE ONE IlluSkin maye xaylayteri makiyajda yeni başlayanlar üçün də uyğundur: zərif tekstura asan yayılır və təbii parıltıdan intensiv parıltaya kimi istənilən effekti yaratmağa imkan verir. Məhsul IlluSkin texnologiyası - parıldayan kirşan və piqmentlərin qarışığı sayəsində dərini işıqlandırır, pantenol, fıstıq qönçəsi ekstraktı və kivi meyvə suyu sayəsində dəriyə qulluq edir.

 

Maye xaylayter makiyajda foto və ya selfi üçün əvəzolunmazdır: o, üzün konturlarını vurğulayır və instagram ulduzları kimi parlaq dəri effektini yaradır. Bu tətbiq üsullarını ayrı-ayrı istifadə et və ya bir makiyajda birləşdir - eksperimentlərdən qorxma!

1. İçəridən gələn parlaqlıq effekti

Bütün üz dərisinə bərabər parlaqlıq vermək istədikdə, tonal kremi xaylayterlə qarışdır. Hər şey göründüyündən daha asandır: heç nə tökmək, qarışdırmaq lazım deyil, çirklənməkdən qorxmağa ehtiyac yoxdur. Sevdiyin tonu (Mənim OTHE ONE Everlasting Sync-dən xoşum gəlir) və süngərin silikon tərəfinə bir neçə damcı xaylayter əlavə et və sadəcə çəkməyə başla. Məhsullar qarışdırma zamanı birləşəcəklər.

2. Dəqiq yanaq sümükləri və parlaq baxış

Daha çox parıltı istəyirsən? Əlavə olaraq bütün əsas işıqlandırma sahələri üzrə keç: yanaq sümüyünün ən yüksək nöqtəsi, qaşın yuxarı və alt nahiyyəsi, gözün daxili küncü, burnun arxası və ucu, yuxarı dodağın üstündəki işarə.

3. Həcmli effekt

Tək yuxarı dodağın üstündəki işarənin üzərinə yox, həm də dodaqların mərkəzinə bir damcı xaylayter əlavə et: bu şəkildə sən onların həcmini vizual olaraq böyüdəcəksən. Baxışına sirli görünüş bəxş etmək istəyirsənsə, göz qapağının mərkəzinə, düz kiprik kənarına bir az xaylayter əlavə et - kölgələrin üzərinə də əlavə etmək olar.

4. Tam görünüş

Dekolte və çiyinlər açıqdırsa, makiyajın harmoniyasını qorumaq üçün çiyinlər və körpücük sümüklrəinə mütləq xaylayter çək! Onlar həm parlaq günəşdə, həm də tutqun axşam işığında gözəl rənglər verəcək, görünüşü tamamlanmış edəcək.

5. Baxımlı dəri effekti

Xaylayteri tək üz üçün yox, həm də...bütün bədən üçün istifadə etmək olar! Məhsuldan bir neçə damla sevdiyin bədən kremi və ya bədən yağına əlavə et: belə etməklə dəriyə sağlam, nəmlənmiş parlaqlıq verəcəksən.