Cazibə sirrin

Asanlıqla işgüzar əlaqələr qurmaq, yeni dostlar və ya sevgini tapmaq istəyirsən? Vəziyyəti necə nəzarət altına götürməyi və öz cazibə sirrinin açmağın yollarını danışacağıq.

istədiyini anla

Nağıllar əbəs yerə toy və qeyri-müəyyən ifadə ilə "və bundan sonra uzun və xoşbəxt ömür yaşadılar" sözləri ilə bitmir. Necə yaşadılar? Şahzadə konkret olaraq nə edirdi, bir yerdə hansı məqsədləri qoydular və bir-birnə necə münasibət bəslədilər? Xoşbəxtliyin universal düsturu yoxdur: özününkünü tapmalısan, sonra da oxşar baxışları olan insanı. Biznes tərafdaşından, ailə üzvlərindən, sevgilidən nələri gözlədiyini və özün münasibətləriniz üçün nələr edə biləcəyini bəndlər üzrə yaz. Şablonlar və klişeləri unut: məhz sənə xoşbəxtlik verən şeylər vacibdir.

Özünü sevməyə başla

Affirmasiyaları oxumağı, hər səhər güzgüdəki əksinə gülümsəməyi (cəhd etsən də olar) və həftədə iki dəfə masaja getməyi təklif etmirik. Özünə sevgi yeni tanışlardan kimin sənə uyğun olmasını dərhal müəyyənləşdirməyi öyrədəcək. Özünə qulluq üçün qızıl standart yarat, ona əməl et və hər dəfə digər insanların hərəkətləri səndə şübhə doğurduğu zaman onu yoxla. Diskomforta yol vermə və yalnız özünü yanında rahat və yaxşı hiss etdiyin insanlarla yaxın ol - cavab olaraq şəxsi sərhədlərini qoymağa hazır ol.

 

Dünyanı insanlar vasitəsilə öyrən

Yolunda olan hər yeni insan – bu bütöv bir hekayədir. Və əgər sən cansıxıcı görünüşlə öz replikan üçün vaxtı gözləyirsənsə və bir-iki saatdan sonra adı unudursansa, bu pisdir. Maqnetizm yaxşı həmsöhbətlərin payıdır. Fəal dinləmədən başla: emosiyanı tutmağa, düzgün suallar verməyə və maraqlı detalları yadda saxlamağa çalış. Ürəyimizin dərinliyində hamımız eşidilməyi arzu edirik - həvəslə bizə belə bir fürsət verəcək insanların yaxınlaşmalarına icazə veririk.

Öz üslubunu tap

Eksperementlər sırasını bitir və özünü əla hiss etdiyin görünüşü seç. Trendlər dalınca qaçma, xüsusiyyətinə, xarici görünüşünə, zövqünə, dəyərlərinə istiqamətlən. Xarici görünüş və daxili mesaj üst-üstə düşməlidir: beləcə təəssüratı gücləndirəcəksən. Əksinə hərəkət etmək istədiyin vaxtlar üçün bəzi həqiqətən parlaq olan variantları saxla: şablonu cırmaq və kontrast yaratmaq üçün.

Gizli silahdan istifadə et

Qoxuların müəyyən emosiyaları gətirərək və hərəkətə keçməyə təşviq edərək hormonal fonu dəyişdirə biləcəkləri elmi olaraq sübut olunub. Qoxu hissi beynə siqnalları digər hisslərdən daha sürətli ötürür: qoxuları səslərdən və teksturalardan bir saniyə daha tez hiss edirik. İlk təəssüratın açarı - sənin cazibəni artıran doğru ətirdir.

Məsələn, Magnetista – onun təsirinin gücü klinik cəhətdən sübut olunub! Ətirin mərkəzi inürediyenti - lüks və qeyri-adi bir passiflora çiçəyi - hissləri stimullaşdıran və kişilərdə testosteron miqdarını artıran flavonoid xrizini ehtiva edir. Spincontrol laboratoriyasında (Fransa) 33 kişi könüllülərin iştirakı ilə keçirilən tətqiqatlar ətirlərə qarşı açıq hiss olunan müsbət reaksiyanı göstərdi. Test zamanı beyin fəaliyyəti, göz hərəkətləri və emosiyalar dərəcəsi ölçüldü. Əsl gizli silah!

Mətn: Şəkil: Oriflame