Düzgün qidalanmağa çalış
Rasionuna daha çox bitki qidaları daxil et. Çox güman ki, qidalanmanın dərinin vəziyyətinə necə təsir etdiyini dəfələrlə eşitmisən. Bəs meyvə və tərəvəz kimi antioksidantlarla zəngin qidaların sərbəst radikalları azaltdığını, bununla dərini sağaltdığını və piqment ləkələrini və qeyri-bərabər dəri tonunun digər əlamətlərini azaltdığını bilirsənmi?
Həmişə SPF çək
Günəşi onun şüalarına bürünmək və D vitamini almaq imkanı üçün sevirik, lakin o, dərimizə heç də həmişə yaxşı təsir göstərmir. Ultrabənövşəyi radiasiya hiperpiqmentasiyanın və erkən qırışların və "qazayağı" qırışların ilk səbəbidir. Çöldə buludlu hava olsa da, hər gün SPF məhsullarını çəkməyi öz vərdişinə çevir.
Ətraf mühitin təsirini azalt
Şəhərdə yaşayırsansa, dərin gündəlik olaraq xarici amillərin mənfi təsirlərinə, məsələn, işlənmiş qazlardan və tozdan çirklənməyə məruz qalır. Onlar dərinin səthində toplandıqda oksidləşdirici stresə səbəb ola bilərlər, bu da çox vaxt hiperpiqmentasiyaya gətirib çıxarır. Bunun qarşısının alınmasının ən asan üsulu tənbəllik etməmək və yatmazdan əvvəl üzü həmişə təmizləməkdir, həmçinin çirklənmiş mühitdən qorumaq üçün hazırlanmış xüsusi məhsullarla dəriyə qulluq etməkdir.
Dərinin qoruyucu maneəsini gücləndir
Divarlar evi xarici təsirlərdən qoruduğu kimi, dərinin lipid maneəsi də onun sağlam vəziyyətini və bərabər tonunu qoruyur. Gecə saatlarında təbii müdafiə funksiyaları dərinin gün ərzində qarşılaşdığı hər şeydən sonra bərpa olunmasına kömək edir. Lipid maneəsini qorumaq üçün dərinin kifayət qədər nəm aldığından əmin ol və niasinamid kimi xüsusi möhkəmləndirici vasitələr istifadə et.
Tonu bərabərləşdirən kosmetik məhsullar seç
Piqment ləkələri və qeyri-bərabər dəri tonunun qızartı, saralma və solğun dəri tonu kimi digər əlamətləri varsa, bu problemlə mübarizə üçün xüsusi hazırlanmış məhsullardan istifadə et. NovAge kompleksli qulluq məhsulları arasında NovAge Brilliance Infinite Luminosity anti-piqmentasiya xətti sizin üçün uyğun olacaq, bu da piqment ləkələrini vizual olaraq 20% azaldır* və dəri tonunu bərabərləşdirir - klinik cəhətdən sübut edilmişdir.
Bu necə işləyir?
• Skin Tone Regulator texnologiyası həddindən artıq melanin istehsalını dayandırır, hiperpiqmentasiyanı və qeyri-bərabər dəri tonunun digər əlamətlərini azaldır.
• Plantago Lanceolata bitkisinin kök hüceyrə ekstraktı oksidləşdirici stresin təsirlərini neytrallaşdırır, dərinin canlılığını bərpa edir və onun rənginin dəyişməsinin qarşısını alır.
• Nəmləndirici komponentlər kompleksi: xəttdəki hər bir məhsul gün ərzində dərini nəmli saxlayan və onu daxildən parıltı ilə dolduran öz komponentini ehtiva edir.
*NovAge Brilliance Infinite Luminosity kompleksli anti-piqmentasiya qulluğun istifadəsi ilə klinik slnaqların nəticələrinə əsasən. Klinik sınaqlar 33 qadının iştirakı ilə 19 iyun 2020-ci il tarixindən 11 sentyabr 2020-ci il tarixinədək Sinqapurdakı Institut d'Expertise Clinique-də aparılmışdır.