Qışın acığına: soyuq mövsümdə saçlara qulluq üzrə 5 məsləhət

Temperatur aşağı düşən kimi saçlara qulluq prosesi əsl əzaba çevrilir. Biz situasiyanı kontrol altına almaqdan danışacayıq.

1. SAÇ KONDİSİONERİNİ SEV

Qar, yağış və rütubət saçlarını kövrək, quru və cansız edir. Bəsdi buna dözdün! Bunun üçün müdafiə lazımdır. Yuyulmayan kondisionerdən gündəlik olaraq istifadə et. Vacibdir: bunun üçün noxud böyüklüyündə vasitə kifayət edir.

2. SAÇ UCLARINI KƏS

Saçların uzundursa, zaman keçdikcə saç ucluqlarının necə korlandığının şahidi olursan. Belə olduqda onları kəs və problemi aradan qaldır! Bu proseduru hər iki aydan bir təkrar et və problem aradan qalxacaq.

3. QARLI YAĞIŞ? SAÇ LAKINDAN İSTİFADƏ ET

Təəccüblü olsa da, faktdır: saç lakı — nəmi özünə hopdurmamaq üçün ən yaxşı vasitədir. Hava proqnozuna fikir ver. Qar və ya yağış söz veriblər? Cəsarətlə saç lakını saçlarına çək və heç nədən qorxma. Fiksasiyanın səviyyəsinə qaldıqda isə — yüngüldən ortaya qədər seç, çünki bu cür lakı adı darağın köməkliyi ilə saçdan apara bilərsən.

4. PAPAQ GEYİN

İlk öncə, şaxta saçlara ziyandır. İkincisi isə, biz papaqdan sonra saç düzümünün pis görünməməyindən danışacayıq. Sadəcə olaraq sadəcə olaraq daraqla saçlarına həcm ver. Möcüzə sadədir: bu fəndin sayəsində papaq buruqları və ya həcmi öldürmür.

5. QULLUĞU UNUTMA

Şampun və kondisionerdən istifadə etməyi unutmabu əsasın əsasıdır. Lakin həftədə bir neçə dəfə maska etmək və saç yağlarından istifadə etməyi unutma. Əlavə qulluq hava şəraitinin fəsadları ilə mübarizə aparır, saçları bərpa edir və sağlam görünüşə qaytarır.

Mətn: Şəkil: Getty Images