Kosmetikanı düzgün saxlamaq qaydası

Hər bir kosmetik vasitənin istifadə müddəti var. Atrıq qablaşdırmanı açdığınız saatdan vaxt geriyə doğru sayılır. Kirpiklər üçün tuş və ya bədən üşün krem olmasından asılı olmayaraq hər hansısa istifadə etdiyin məhsuldan uzun müddət istifadə etmək istəyirsənsə bir-neçə sadə qaydanı bilməlisən.

İSTİ VƏ GÜNƏŞ ŞÜALARI
İsti və günəş şüaları kimyəvi şüalara səbəb olur.  Eləcə də sənin kosmetik bankların istidən nəinki öz təsirini itirir, hətta bakteriyaların yayılması üçün münbit şəraitə çevrilirlər. Bəzi məhsullar isə isti və günəş şüalarına lap çox həssasdırlar. 

Xüsusi həssas məhsullar və inqredientlər:
Tərkibində vitaminC olan məhsullar (qablaşdırmanın üzərində "askorbin turşusu" da yazıla bilər)
 Yaşəleyhinə məhsullar (retinol tərkibli məhsullar)
Akne əleyhinə məhsullar (qablaşdırmanın üzərində "benzolperoksid")
Avtoqaralma məhsulu (tərkibində DHA var)
Tərkibində konservant olmayan bütün məhsullar (məsələn, orqanik kosmetika)

Orta həssaslıq dərəcəsinə malik məhsullar:
Dodaq boyaları (birbaşa günəş şüaları təsirindən əriyə bilər)
Fırçalar (nımi özünə çəkərək bakteriyalar üçün mühit yarada bilər)
Ənlik və digər tozkimi məhsullar (ultrabənövşəyi şüalar piqmenti məhv edərək rəngin solğunlaşmasına səbəb ola bilər)

Nə etmək:
 Günəş şüaları, isti, burax və nəmdən uzaq olmaq üçün məhsulları şkafın aşağı çəkməcəsinə qoy.

TURŞUMA
Turşuma – məhsulun havadakı oksigenlə əlaqəyə girdiyi zaman  yaranan kimyəvi reaksiyadır. Turşumuş məhsullar rəngini itirir və quruyur - bir sözlə istifadəyə yararsız olurlar. 

Oksigenə xüsusilə həssas məhsullar:
Orqanik kremlər
Zərdablar 
Günəşdən müdafiə məhsulları
Təbii yağlar
Kirpiklər üçün tuşlar və maye göz kölgələri 
makiyaj əsasları

Bu qaydalara riayət et:
 Qaplaşdırmanın qapağını istifadədən dərhal sonra bağla və kosmetik vastilərin buxarın təsirindən qoru. 
 Məhsulları istifadə etməməişdən öncə bakteriyaların dəriyə yayılmaması üçün əllərini yu.
Xüsusi həssas vasitələri qaranlıqda saxla (məsələn, tünd bankalardan
).

SOYUĞUN FAYDASI
Bəzi məhsullar xüsusilə ətraf-aləmin temperaturuna həssasdırlar. Temperatur nə qədər aşağı olarsa - turşulanma kimi məhvedici realsiyalar daha yavaş gedir. Həmçinin aşağı temperaturda bakteriyalar daha zəif çoxalırlar. 

Soyuğun xeyri olan məhsullar:
 Ətirlər (əgər sən onları bir ildən artıq saxlamaq istəyirsənsə) 
Dırnaq boyaları (akin unutma ki, onu otaq temperaturunda çəkmək lazımdır) 
 Tərkibində konservant olmayan bütün orqanik məhsullar

Soyuqda saxlana bilən məhsullar:
Nəmləndirici vasitələr, göz kremləri, zərdablar, tonerlər (xüsusilə isti yay günlərində)

Bu təlimatlara əməl et: 
 Hətta soyuducuda saxlanıldıqda belə, məhsulların korlanmayacağını düşünmə. Bu xüsusilə də tərkibində konservant olmayan orqanik məhsullara aiddir. Bu tip məhsullar uzunmüddətli saxlama üçün yararlı deyil. 
 Dəriyə qulluq vasitələri cuzi isti və soyuq dəyişiklikləri dözümlüdürlər. Lakin çox isti və ya soyuqda bu məhsullar məhv olurlar. Ona görə də onların soyuducuda saxlanılmasına qətiyyən imkan  vermək olmaz. 
 Məhsulu bankadan barmağınla çıxartmaq, orda bakteriyaların əmələ gəlməsinə səbəb olur. Bakteriyaların inkişaf edərək artmaması üçün bankaları soyuq yerdə saxla. 
 Əgər qulluq məhsularını qida məhsullarını saxladığın soyuducuda saxlayırsansa, gigiyenaya əməl etmək üçün bankaların qapaqlarını möhkəm bağla. 








Mətn: Şəkil: Getty Images