Təmizlik 24/7

Təravət və təmizlik hissi – gigiyenaya, sağlam qidalanmaya və pis vərdişlərdən uzaq olmağa düzgün yanaşmadır. Gün ərzində gül kimi ətir saçmağın sirlərini açacayıq.

1. DƏRİ

Yaxşı nəmlənmiş dəri ətri quru dəriyə nisbətən daha uzun müddətli saxlayır. Duşdan sonra dərinə nəmləndirici losyon çək, ancaq ondan sonra sevimli ətrindən istifadə et. 

2. ZİYANLI MƏHSULLAR

Qəbul etdiyin qida sağlamlığına təsir etdiyi kimi dərinin qoxusuna da təsir göstərir. Bəzi qida məhsulları, xüsusilə də ədviyyatlar dəriyə öz ətirlərini verirlər. Lakin təravətli meyvə və tərəvəzlər, həmçinin kifayət qədər su bədəni təravətləndirmək üçün kifayət edir. Ən güclü qoxu alkoqoldur. Ona görə də səhər sənə ideal formada olmaq lazımdırsa, axşam bir badə  şərabdan imtina etmək daha məqsədə uyğun olar. 

3. SAÇLAR VƏ BAŞ DƏRİSİ 

Saçının hər bir tükü təbii sağ ifraz edən kiçik piy vəzisinə məxsusdur. Saçlarınız nə qədər yağlı olarsa ətraf-aləmdəki qoxunu daha tez götürəcəklər. Xüsusilə də mətbəxdə bişirilən yemək və siqaret iyini daha özünü hopdururlar. Saçlarından gözəl ətir gəlməsi üçün yuduqdan sonra saçlarının ortasından uclarına qədər kondisioner çək və yu. Nəm saçların iyi daha yaxşı hopdurduğunu nəzərər alsaq saçları yuduqdan sonra onlara sevinmli ətirdən bir qədər vurmaq da məqsədə uyğun olar. 

4. İNTİM ZONA

İntim zonaları bakteriyaların qarşısını alaraq xoşagəlməz iydən qoruyan pH-neytral tərkibli yuyucu vasitə ilə yumaq tövsiyə olunur.  İntim gigiyena üçün Feminelle məhsulu dermatoloq və ginekoloqlar tərəfindən təstiq edilərək gündəlik istifadə üçün təhlükəsiz sayılır.

5. GEYİM

Geyimlərindən gələn ətrin xoş olması üçün paltarlarını düzgün yuma, düzgün saxlama və mütamadi olaraq paltaryuyan maşını yumağa əməl etməlisən. Paltar dolabına qoyulan aromatik saşe istənilən xöşagəlməz qoxunu aradan qaldıracaq. Həmçinin sevimli parfümundan bir qədər paltarına da çəkə bilərsən. Yalnız unutma ki, ipək, dəri və digər zərif materiallı geyimlərə parfüm vurmaq olmaz. 


6. TƏRAVƏTLİ NƏFƏS

Gündəlik olaraq diş şotkası və ya diş sapından istifadə etmədikdə qida qalıqları dişlər arasında yığılaraq bakteriaların yaranması. Bu da öz növbəsində qoxagəlməz qoxunun yaranmasına səbəb olacaq. Həmçinin hər hansı bir qoxulu və ya yüksək ədviyyatlı yeməklərdən sonra dişlərini yumağı unutma. Ağızdan gələn xoşagəlməz qoxunun səbəblərindən biri də ağızın  qurumasıdır. Ona görə gün ərzində kifayət qədər su iç. 

7. AYAQLAR

Dərinizdə yaşayan bakteriyalar məsamələrdən ifraz olunan tərlə qidalanaraq xoşagəlməz qoxuya səbəb olurlar. Problemi həll etmək üçün nəfəs alan materialdan olan corab geyin və gün ərzində ayaqqabılarını dəyiş. Nəzərinizə çatdıraq ki, Feet Up seriyasında nəinki ayaq üçün antiperspirantlar, hətta ölmüş hüceyrələri təmizləyərək xoşagəlməz qoxunu aradan qaldıran kremlər və digər vasitələr mövcuddur.

8. FİNAL ŞTRİXİ

Parfüm suyu və ya eau de parfum tərkibindəki efir yağları konsentrasiyası sayəsində tualet suyuna eau de toilettes nisbətən intensiv və uzunmüddətli hiss olunur. Mütəxəssislər ətri nəbz vurulan hissələrə çəkərək quruyana qədər gözləməyi tövsiyə edirlər. Ətri vurduqdan sonra sürtmək lazım deyil. Tam quruyana qədər gözləmək lazımdır. 

 





Mətn: Şəkil: Getty Images