ÜZDƏN MAKİYAJI SİLİRİK
Ən yaxşı variant – makiyajın üzdən silinməsi üçün istifadə olunan təmizləyici vasitədir. Bir qədər üzünə çəkərək barmaqlarının incə hərəkəti və ya salfetlə incə formada makiyajı təmizlə. Əgər sən çox makiyajdan istifadə edirsənsə, ola bilər ki, prosesi iki dəfə təkrar edəsən. Boyun hissəsində makiyaj qalıqlarını da təmizləməyi unutma. Həmçinin üzü təmizləmək üçün cihazdan istifadə edə bilərsən. Belə sən hətta makiyaj qalıqlarını belə təmizləyərək daha təmiz və parlaq dəriyə sahib ola bilərsən. Təmizləməyə davam edərək pambıq diski tonikə batıraraq üzdə makiyajın silinməyən qalıqlarını silirik. Bu prosedurların hamısını etdikdən sonra onalrın üzünə nə qədər faydalı olduğunu anlayacaqsan.
DODAQ BOYASINI VƏ ÇOX QALICI DODAQ BOYASININ SİLİRİK.
Dodaqlarına güc tərtib etmədən adi üzdən makiyajı silmək üçün istifadə etdiyin vasitə ilə dodaqlardan parıltını sil. Daha sonra dodaqlarına “Zərif qulluq” balzamını çəkərək üç dəqiqə saxla. Salfeti ilıq su ilə yaş edərək makiyajın qalıqlarını sil. Üzünü tam yu və dodaqlarının təbii qurumasını gözlə. Daha sonra balzamdan nazik qatla dodaqlarına çək.
GÖZLƏRDƏN SUYADAVAMLI MAKİYAJI SİLİRİK
Suyadavamlı makiyajı silmək üçün sənə tərkibində yağ olan təmizləyici vasitədən istifadə et. Vasitəni bur qədər pambıq diskə batır, gözünü bağlayaraq pambığı göz qapağına qoy. On saniyə ərzində qurumuş makiyajın yumşalmasını gözlə. Bu müddət ərzində makiyaj yumşalmağa başlayacaq. Üzünü yu və prosesi yenidən təkrarla. Gözlərdən makiyajı silmək üçün bərk sürtmə. Bu gözlərdə qızartı, qırışların tez əmələ gəlməsi və kirpiklərin tökülməsilə nəticələnə bilər. Daha sonra bu prosesi aşağı kirpiklərlə təkrarla.Makiyaj qalıqlarını isə pambıq pambıq çubuqlarla sil.