"Metal rəngli" dodaq boyasının istifadə qaydası

Bayram mövsümü artıq başlayır, və bu o deməkdir ki, parlaq olmağın əsl vaxtıdır! Xoşbəxtlikdən, "metal rəngli" dodaq boyası trendi hələ də bizi tərk etməyib. Düşünürsən ki, onu istifadə etsən xarici görünüşün xoşagəlməz olar? Qorxuya uyma, bizim məsləhətlərə əməl et və qlamur partiyə qoşul!

1.  DƏRİNİ DODAQ BOYASINI ÇƏKMƏK ÜÇÜN HAZIRLA
Hamar baza yaratmaq üçün nəmləndirici balzamı nazik qat ilə çək. Dodaqların təbii rəngini boğmaq üçün praymer və ya konsilerdən istifadə et. Belə etməklə dodaq boyasının rəngi daha yaxşı açılacaq və onun dözümlülüyü artacaq. 

2. KONTURLARI ÇƏK
Dodaq üçün qələm istifadə et - "metal rəngli" dodaq boyası üçün dəqiq kontur lazımdı. Kiçik bir hünər: dodağın təbii çalarına maksimum yaxın olan karandaş rəngini seç.

3. AĞILLA SEÇİM ET
Risk etmək istəmirsən? Metal rənginin sənə uyğun olanını seç. Gümüş çalar dərinin soyuq alttonuna sahib olanlara yaraşır. Qızılı və bürünclü — dərinin isti rəng tiplərinə daha uyğundu. Əgər dərin qarabuğdayıdırsa, bəxtin gətirdi – sən hər cür dodaq boyası seçə bilərsən!

4. MİKS ET
Görünüşün qeyri-adi olmağı mütləq deyil. Daha çox məhdudlaşdırılmış bir makiyaj istəsən, parıltısız matdan və ya yarı-matlı tonları qarışdırın. Dodaqların mərkəzində mat dodaq boyanın üzərinə metallik boya çəkməklə ona həcm və ifadəlik vermiş olacaqsan. Buna tez bir zamanda nail olmaq istəyirsənsə, bizim yeni Giordani Gold «Dəb ikonasi» mat metallik dodaq boyamızı seç.

5. DODAQLARI VURĞULA
Metallik dodaq boyası makiyajına şarm və gözəllik qatacaq. Makiyajın qalan hissəsini neytral tonlarda et – diqqəti dodaqlarına cəlb et!

Mətn: Şəkil: Sara Vennerhed