Günəş eynəklərinin üz quruluşuna uyğun seçilməsi

Girdə, uzunsov, kvadrat və ürək şəkilli . Sifət quruluşundan asılı olmayaraq biz bu yay üçün sənə çox gözəl eynək seçə bilərik.

1. OVAL ÜZ
Sənin bəxtin gətirib! Bu formalı üzə aviator, kvadrat, varfarer, "pişik gözü" də daxil olmaqla eynəklərinin hər növü yaraşır. Ölçülərə diqqət yetir: eynəyin çərçivəsi üz hüdudlarından kənara çıxmamalı, eynək çərçivəsinin üst hissəsi isə qaş xəttinə uyğun gəlməlidir.

Nümunə kimi Culiana Mur və Keyt Middlton göstərilə bilər.

2. GİRDƏ ÜZ
Bu sifətlərdə uzunluq və en eyni olur, çənə isə rəvan dəyirmi kənarlara malik olur. Eynəyin iti bucaqları və düz cizgiləri sifəti "uzunsov" göstərir. Belə sifət quruluşuna maliksənsə, kvadrat, "pişik gözü" və ya vayfarer eynəyini seç.

Nümunə kimi Beyons və Mişel Uilyams göstərilə bilər.

3. DÖRDKÜNC ÜZ 
İri almacıqlar, geniş çənə, tüklərin bitmə xəttinin düz olması kvadrat sifət formasına uyğundur. Bu zaman kvadrat və ya "pişik gözü" eynəyini seç. Bu eynəklər bucaqların tarazlığını təmin edər.

Nümunə kimi Rihanna və Natali Portman göstərilə bilər.

4. ÜRƏK ŞƏKİLLİ ÜZ
Başını uca tut! Bu formada sifətə nadir hallarda rast gəlinir. Aviator və ya vayfarer eynəklərindən istifadə et. Eynəyinin çərçivəsi kiçik olmalıdır. Ürək forması çevrilmiş üçbucağı xatırladır. Eynəyinin eni sifət hüdudlarına dəqiq uyğun gəlməlidir, ondan kənara çıxmamalıdır.

Nümunə kimi Riz Uizerspun və Skarlett Yohansson göstərilə bilər. 

Mətn: Şəkil: Oriflame