Necə etmək olar: makiyajsız makiyaj

Parlaq dodaq boyalarından və rəngli oxlardan bezdiyin zaman və "öz dərim, ancaq bir az daha gözəl" üslubunda yüngül bir makiyaj istədiyin zaman nə etmək olar? Rəsmi Oriflame vizajisti Galina İlyina, hissedilməz, lakin ifadəli makiyajın çəkilmə tərzini addım-addım izah edir.

İdeal ton

Demək olar ki, görünməyən makiyajın sirri dərini nəmləndirmək və içəridən sağlam parıltı əldə etməyə kömək etmək üçün doğru tonal əsası seçməkdir. THE ONE A-Z krem-tonunu bəyənirəm, onu dərinin xüsusiyyətlərini nəzərə alaraq seç. Kombinə olunmuş və quru dəri üçün nəmləndirici versiya daha uyğun olacaq. Gün ərzində yağlı parıltı əmələ gəlirsə - matlaşdırıcı variant. SPF 30 günəşdən qorunma filtri zərərli radiasiyaya qarşı etibarlı maneə yaradacaq. Təbii örtük əldə etmək üçün məhsulu nəm süngər və ya barmaq ucları ilə çək.

Layfxak: konsiler istifadə etmə, bunun əvəzinə problemli nahiyyələrə ikinci ton qatı çək və 1-2 dəqiqə gözlə. Nəmləndirici komponentlər dəriyə hopacaq və çatışmamazlıqlar aradan qaldırılacaqdır

Məxməri dəri

Makiyajsız makiyjda belə kirşansız keçinmək olmaz. O, vacib vəzifələri həll edir - tonu fiksasiya edir, matlaşdırır və dəri əlavə olaraq dəri teksturasını hamarlaşdırır. Dəri kombinə olunmuşdursa, tüklü fırça ilə üzün mərkəzinə çox yüngül hərərkətlərlə çək - məhsul görünməz örtük şəklində oturacaq. Ancaq yağlı parıltı səni gün boyu tərk etmirsə, kirşanı belə qaydada çək: əvvəl bütün üzü fırçala, sonra isə T-zonasına daha bir qat əlavə et.

Layfxak: üzün korreksiyası üçün heykəltəraş və ya bronzeri dəri tonundan bir və ya iki çalar daha tünd kirşan ilə əvəz edilə bilər. O, istilik və təravət əlavə edəcək - qaralmadan qaçınırsansa, bu, xüsusilə aktualdır

Təbii allıq

Makiyajsız makiyajda çəkilmə nahiyyələri ilə heç bir eksperiment aparmaq olmaz. Dreypinq trenddə olsa da, ancaq dərhal nəzərə çarpacaq. Təbii qızartının imitasiyasını yaratmaq vacibdir. Təbii yanaq qızartın əmələ gələn yerə açıq çəhrayı duman çəkilir.
Layfxak: hansı ənlik çalarını seçməyi bilmirsənsə, dərinin alt tonuna diqqət yetir. Soyuq alt tonu üçün Çəhrayi və Pion, isti üçün - Şaftalı və Mərcanı seçməyi məsləhət görürəm.

Qaşların formalaşdırılması

Diqqət yetirmək lazım olduğu əsas şey odur ki, qaşların aydın və qrafik forması olmasın. Onları elə boya ki, elə bil, təbii tüklər çəkirsən. Məhsulun rəngi ya qaşlarla üst-üstə düşə bilər, ya da yarımton (tünd və açıq) fərqlənə bilər. Paletdə iki rəngin olması rahatdır - zəruri hallarda onları ideal çalar əldə etmək üçün qarışdırmaq olar.

Layfxak: paletdəki tünd çalardan istifadə edərək, kiprik xətti boyunca nazik bir ox çək. O görünməyəcək, ancaq gözlərə ifadəlik verəcək və görünüşü tamamlayacaq.

Təbii dodaqlar

Tinti yayda isti havada istifadə etmək daha rahatdır, o, qalıcıdır və nəmə davamlıdır. balzam isə nəm və yüngül parıltı sayəsində dodaqları vizual olaraq böyüdüyünə görə romantik görüşlər üçün idealdır. Aydın konturdan qaçınmaq üçün, çünki bu, qeyri-təbii görünür, tinti barmaqlarla çəkmək daha yaxşıdır.

Layfxak: tinti və balzamı birlikdə istifadə etmək olar. Əvvəlcə tinti çək və qarışdır, sonra üstünə balzam qatı əlavə et. Əgər sənin dodaqların qurudursa, belə birləşmə sənə qalıcı çalar və qidalandırıcı effekt bəxş edəcək.

Mətn: