Ətrin iyini necə davamlı etmək olar

Sənin sevimli ətrin yarım gündən artıq qalmır? Evdən çıxdıqdan bir neçə saat sonra artıq onun iyini hiss etmirsən? Bizim məsləhətlərimiz ətri davamlı etməyə kömək edəcək.

1.Ətir flakonunu vanna otağında, yaxud yaxud pəncərənin qırağında saxlama. Çünki günəş şüaları və isti parfümun düşmənidir. Sevimli ətir flakonlarınçün  düzgün yer sərin yerdir. 

2.Əgər bütün günü səndən ətir iyi gəlməyini istəyirsənsə onda onu saçarına vur. Onlar iyi uzunmüddət saxlayacaqlar. 

3.Nəm dəri quru dəriyə nisbətən ətiri daha davamlı saxlayır. Ona görə də ətirdən istifadə etməmişdən öncə dərini nəmləndir. 

4.Ətirlərin içərisində daha çox tualet sularına üstünlük ver, çünki onların tərkibindəki ətir yağları parfümü daha qalıcı və uzunmüddətli edir. 

5.Sitrus ətirləri tez öz iylərini tez itirillər, qalıcı ətirlərin siyahısında ağac ətirləri ön sıralarda yer alır. 

6.Düş qəbul etdikdən dərhal sonra istifadə olunan ətir açılmış məsamələrə dolaraq ətrin qoxusunu daha qalıcı edir. 
  

7.Həmçinin ətrin iyini daha qalıcı etmək üçün istifadə etdiyin duş geli parfumla eyni sinfə daxil olub vəhdət təşkil etməlidir. Onda duş geli parfüm öncəsi əsas rolunu oynayacaq. 

8.Sabun ətirli dezodorantlar digər ətirlərlə müqayisədə daha çox gün boyu tərvət bəxş edir. 
  

9.Ətir vurulmuş biləkləri bir-birinə sürtmək mənası olmayan hərəkətdir, çünki bu ətrin daha tez getməyinə səbəb olur. Bunun yerinə ətrin quruyub dəridə daha çox qalmağına kömək et. 

Mətn: Şəkil: Shutterstock