İlk təəssüratı necə yaratmaq

Deyilənlərə görə ilk təəssürat yaratmaq üçün yeddi saniyə kifayətdir. Bu o qədər də çox deyil. Lakin narahat olma, biz sənin üçün bu yeddi saniyəni super uğurlu edəcək məsləhətlər hazırlamışıq. Başlayaq?

ƏVVƏLCƏDƏN HAZIRLAŞIN

Öncədən hazırlaşmaq sənin həyacanını azaldacaq. Əgər görüşün potensial müştəriylədisə, əvvəlcədən google və sosial şəbəkələrdən onun haqqında məlumat topla. Bu danışlar üçün bir-neçə mövzu və ümumi maraqları tapmağa kömək edəcək. Gözəl ilk təəssürüt üçün əla ideyadır. Elə deyilmi?

QOXU HAQQINDA DÜŞÜN

Qoxu hissi yaddaşla çox sıx əlaqəlidir. Əgər səni yadda saxlamalarını istəyirsənsə (yaxşı mənada), onda ətri xüsusi diqqətlə seç. İlk görüş üçün sürətini qəlizləşdirməyən yüngül ətir seç. Həmçinin ondan az istifadənin də mütləq olduğunu bil.  Biz daha çox Women's Collection Innocent White Lilac My Naked Truth ətirlərini onların yüngül notlarına görə üstünlük veririk.

DÜŞÜNƏRƏK GEYİN

Seçdiyiniz geyimin görüşün mövzusu və səviyyəsinə uyğun olacağına əmin olmalısan. Tam dəqiqlik üçün hər hansısa dress-kodun tələb olunub olunmadığını araşdır. Həmişə özünü arxayın və rahat hiss edəcəyin geyimi seç. Əks halda sənin narahat olmağın və ya utancaqlığın özünü biruzə verəcək. Bu da öz növbəsində ilk təəssüratı istəmədiyimizbir istiqamətə yönəldə bilər.

VAXTINDA GƏL

Son dərəcədə dəqiqlik sənin qarşındakı insanın vaxtına hörmətlə yanaşmağının əlamətidir. Ona görə də görüşə gedərkən fors-majorları nəzərə alaraq vaxtından bir qədər əvvəl çıx.

DİQQƏTLƏ QULAQ AS

Görüşün özün haqqında danışıqlardan başlamaqdansa diqqəti daha çox həmsöhbətinə yönəlt və ona bir-neçə sual verərək özü haqqında danışmasına imkan yarat. Beləliklə sənin özün haqqında məlumat vermək üçün əlavə vaxtın olacaq. Danışarkən həmsöhbətinin gözlərinə bax, sözünü kəsmə, mövzünun sənə maraqlı olmasını və sənin onunla razılaşmağını nümayiş etdir (məsələn başınla təstiq et). Bu kiçik jestlər sənin ona diqqətlə qulaq asmağını anladacaq.

BƏDƏNİN İLƏ DANIŞ

Bədən dili sənin haqqında düşündüyündən də çox danışır. Tətqiqatların nəticəsinə görə komminikasiyaların 90%-i qeyri-verbal sayılır.  Oturarkən və durarkən belinin düz tutmağına, əlsıxmağa enerji ilə cavab verməyə, danış zamanı həmsöhbətin gözlərinə baxmağı, həmçinin gülümsəməyi unutma. 

SAKİTLİYİNİ SAXLA

Düzgün parfümün seçilməsi görüçdən əvvəl rahatlanmağını təmin edəcək. Lavanda, qızılgül, berqamot, ilan-ilanq və yasəmən notları sakitləşdirici xüsusiyyətləri ilə məhşurdur. Yeri  gəlmişklən: bu notlar sənin drviçli ətir kolleksiyanda mövcüddur

Sına: Eclat Femme, Paradise, Giordani Gold White Edition, Possess.

BURDA VƏ İNDİ

Həmsöhbətinin tez-tez telefona və ya yaxud çiyninin arxasından baxmağından öis heç nə ola bilməz. Bu onun diqqətinin sizin söhbətdə olmamasından xəbər verir. Ona görə də telefonunu söndür ( səssiz rejimə qoy) və bütün diqqətini həmsöhbətinə yönəlt.

 

Mətn: Şəkil: Getty Images