Yeni il ətri

Yaxınların və doğmaların üçün hədiyyə axtarırsan, bayram menyusunu hazırlayır, ən gözəl don və ayaqqabı axtarırsan, həmçinin evin və işin problemlərini həll edirsən — dekabr ayı yuxuda olduğu kimi sürətlə keçəcək. Fasilə götürərək düşünməyi təklif edirik. Bəs sən nə istəyirsən? Əgər yeni ətir istəyirsənsə, bizdə dörd variant var.

SI MAGNIFIQUE TUALET SUYU!

Yumru flakon ovcun içində rahat yerləşir. Qabağı açıb bir-neçə püstürtün edirsən və gülümsəyirsən: bu əsl sənə lazım olan ətirdir. Soyuq hava yaxınlıqdakı şirniyyatçıdan gələn isti ədviyyat, səhər dərilən qızılgül və badam piroqunun qoxusu ilə qarışır. 

Ətriyyatçı Annik Menardo Yeni il gecəsi paris həftə sonu haqqında danışmaq istəyirdi. Və bu onda alındı: Si Magnifique ətri! Şirin səslənir, fransız sayağı füsunkar görünür və özünü dərhal sevdirir. 

Notlar: berqamot, fransız qızılgülü, badam ağacı.

Növ: meyvəli, şərqi, vanilli.  

“Kleo” əşyaları kolleksiyasını tamamla: qızılı rəngli çoxqatlı boyunbağıbilərzik, qara qaşlı və üç üzükdən ibarət dəst.  

SO FEVER HER PARFÜM SUYU

Sevgi qaynağı, möcüzəli eleksir, волшебный эликсир, təxribatlı flakon bu ətir ciddi düşünülərək yaradılıb. Ötəri baxışlar, təsadüfi anlar və cazibə. Bu möcüzəli formulu baş kimyaçı, fransız ətriyyatçısı Vensan Şalle yaradıb. Sən yəqin ki, onun digər ətirləri olan My Red, So Fever Her — ətirlərini xatırlayırsan.  

Notlar: zəncəfil gülü, qarağat, səndəl.

Növ: şərqi, odunu, vanilli.  

Yoldan çıxaran obrazını tamamlamaq istəyirsənsə tərzinə vintaj stilində aksessuarlar əlavə et. Biz “Emerald” kolleksiyasını şox sevirik (boyunbağı, sırğalarüzük). Klassik hörük formaları və yaşıl rəngli iri daşlar ciddiliyin nümunısi olacaq.  

NORTHEN GLOW TUALET SUYU

Göylərdə nə möcüddur? Rəngarəng şəfəqlər ruhu yüksəldir və səyahət haqqında çoxdan unudulmuş xatirələri yada salır. Yeni il gecəsi əlində şampan badəsi eyvana çıxdıqda bu qoxu sizi uğurlu ilin başlanğıcını xatırladacaq. Bu zaman ürəyində arzular tutacaqsan. 

Notlar: fındıq, “sultan” qızılgülü, məxməri müşk.  

Növ: güllü, meyvəli və odunu.

Şimal parıltısının möcüzəsini hiss etməyə aksessuar kolleksiyası və üz dərisinə qulluq seriyası kömək olacaq. 

ECLAT FEMME TUALET SUYU

Hər şey plan üzrə gedir: iş dedlaynları qeyd olunub, biletlər alınıb, 2018-ci ilin gündəliyi həftələr üzrə yazılıb. İldən ilə sən daha da güclü olursan, təbiətdən gələn gözəllik isə möcüzələr yaradır.

“Eclat brendinin irsini daşıyan parfüm kolleksiyası əvvəlki kimi qalıb, lakin notların səslənməsi isə yüksək ətir maddələri sayəsində daha qalıcı olub. Şleyf daha uzun, ətrin özü isə daha qalıcı olub ətriyyatçı Mari Salaman qeyd edir.

Notlar: ərəb yasəməni, naringi, səndəl.

Növ: güllü, odunu.  

Vaxt sənə işləyir: “Eleqans” kolleksiyasından gözəl saat seç və bir dəqiqə belə itirmə! 

Mətn: Şəkil: Oriflame