Özü özü üçün vizajist: ideal paleti yığ

Mat, satin, neytral, parlaq - məhz sənin gözəlliyini vurğulayacaq THE ONE refil-kölgələr paletini necə yığmaq olar? Qalina İlyina, Oriflame-in byuti mütəxəssisi, istənilən göz rənginə və hər vəziyyətə uyğun üç variant təklif edir.

Palet nömrə 1: ideal nüd

Mənim üçün universal palet mövsümdən və trendlərdən asılı olmayaraq istifadə edə biləcəyin neytral çalarlardır. Haradan başlamağı lazım olduğunu bilmirsənsə, pastel rənglərə yaxın rəngləri seç. Onlar istənilən dəri rəngli qız üçün və istənilən hadisə üçün uyğun olacaq.

Belə paletlə makiyaj nümunəsi - dəbli yayılmış oxlar:

1. Açıq çalarlı kölgələri  yuxarı göz qapağının bütün səthinə çək - məsələn, Çəhrayı qızıl.

2. Yuxarı göz qapağını vizual olaraq qaldırmaq və gözləri daha açıq etmək üçün Bej nüd çaları ilə qaş altındakı nahiyyənin rəngini aç. Elə bu rənglə gözün daxili küncündən keç.

3. Geniş fırça ilə Tünd qəhvəyi çalarını xarici küncə, yuxarı göz qapağının qırışına və aşağı kiprik kənarına çək.

4. Üst göz qapağının almacıq nahiyyəsinə perlamut kölgələr çək - məsələn, Gavalı taupu və ya Alicənab boz. Bu, görünüşü daha effektli edəcək.

5. Düz fırça üzərinə Kömür qara rəngli kölgəni yığ, kiprik kənarını incə oxla vurğula və qıraqları yay: belə etməklə, kipriklər daha tüklü və qalın görünəcək.

Palet nömrə 2: smoky eyes

Bu paletdə axşam makiyajı üçün təbii və cazibədar çalarların birləşməsi yığılıb. Onun köməyi ilə istənilən görünüşü təkrarlaya biləcəksən: xarici küncün tündləşdirilməsi ilə klassik makiyaj, smoki ayz və ya bir çalarlı mono makiyaj. THE ONE refil-kölgələr yaxşı qatlana bilir, bu da istənilən dolğunluğu əldə etməyə imkan verir.

Fotoya bax və klassik smoki ayzı təkrarla:

1. Geniş fırça ilə Dərin göy çaları ilə kipriklərin böyümə xəttindən başlayaraq, bütün hərəkətli göz qapağının üzərinə çək.

2. Parlaq kölgəni daha neytral, ara çalarla yay: bu, Alicənab boz və ya Tünd qəhvəyi ola bilər. Fırçaya bir az kölgə yığ və göy qıraqları qarışdıraraq, bürüşməyə əlavə et. Xarici küncü alnın kənarlarına doğru 2-3 millimetr çəkməyi unutma.

 

3. Qaş altındakı nahiyyəni və gözün daxili küncünü Ağ perlamutr çaları ilə işlə.

4. Aşağı göz qapağına gözün ortasına kimi Mat gavalı çalarını əlavə et.

5. Daha çox ifadəlik üçün kiprik kənarını göy və ya qəhvəyi çalarla vurğula.

 

 

Palet nömrə 3: isti yay

Bu yay mono makiyaj trenddədir - parlaq, amma eyni zamanda yüngül və təbiiyarı şəffaf smoki. Sevimli şirəli çaları seç, bütün hərəkətli göz qapağının üzərinə geniş fırça ilə tətbiq et və bürüşmədə yaxşıca yay - və dəbli görünüş hazırdır! Onun hazırlanması üçün lazım olan hər şeyi bir paletdə yığdım: daxili küncün rəngini açmaq üçün bej, əsas rəng və kölgə üçün isti və soyuq çalarlar.

Müxtəlif çalarları sına və onları birləşdirməyə çalış. Bu da variantlardan biri:

1. Hərəkətli üst göz qapağının üzərinə Parlaq narıncı çalarını çək, kənarları geniş fırça ilə yay.

2. Baxışı təravətli və istirahət etmiş etmək üçün daxili küncün rəngini Bej nüd çaları ilə aç.

3. Üst kiprik kənarı ilə Tünd qəhvəyi çaları ilə ox çək. Qrafik xətlərin olmaması üçün quyruğu düz barmağınla yay.

4. Perlamut çalar Parlaq qızılgül gözlərə həcm verəcək və görünüş daha möhtəşəm olacaq.

5. Aşağı kiprik kənarını parlaq çalarla vurğula. Onu əhval-ruhiyyənə və ya göz rənginə uyğun seç: Vintaj yaşıl - qəhvəyi və yaşıl gözlərə, Səma mavi - mavi və boz gözlərə uyğun olacaq.