QURU DƏRİ
Sənin dərin o dərəcədə qurudur ki, sumbata kağızına bənzəyir? Adi duş geli əvəzinə kremi yoxla. O, daha həlim təsir göstərir və tərkibində sabun yoxdur. Vasitənin etiketində zeytun yağı, aloe vera, bal, A, B1 və E vitaminləri kimi nəmləndirici və bərpaedici komponentlərə fikir ver.
Üç gündən bir ölmüş hüceyrələri dəridən götürmək, mikrosirkulyasiyanı gücləndirmək və parlaqlığı bərpa etmək üçün dərini quru şotka, süngər və ya xüsusi əlcək ilə masaj et. Lakin, bu işdə də həddindən artıq səy göstərmək olmaz – həddindən artıq dəri qabığının soyulması dərini daha da quru edəcək.
SOLĞUN DƏRİ
Təbiətin şıltaqlığı, düzgün qidalanmama, vitamin çatışmazlığı dərinizi boz və cansız edə biləcək faktorlardan yalnız bir qismidir. İntensiv bərpa resepti çox sadədir. İlk öncə, kifayət qədər maye qəbul et. İkincisi, mütəmadi olaraq dəri qabığı soyulmalıdır və nəticədə dəri səthindən ölmüş hüceyrələr yığışdırılacaq və dərinin sağlam görünüşü bərpa olunacaq.
Gününü quru fırça ilə masajdan başla. Duşda həlim skrab zərrəcikli və çiyələk-laym yaxud kivi kimi təravətləndirici ekstrakt tərkibli vasitələrdən istifadə et. Sonra mütləq nəmləndirici losyon çək. Layfhak: effekti gücləndirmək üçün losyonu bir neçə damcı bədən üçün yağ ilə qarışdır. Və budur – dərinin sağlam parlaqlığı bərpa olunur və o yenə enerji ilə doludur!
HƏSSAS DƏRİ
Həssas dəri üçün qulluq ilk baxışdan çox mürəkkəb görünə bilər. Düşünürsən ki, bütün məhsullar iltihab, quruluq, allergiya və ekzemaya səbəb olur. Vahiməyə düşmə! Bizim sadə qaydalara riayət etməklə sən dərinin qıcıqlanmasından vaz keçəcəksən.
Əvvəla, intensiv qoxulu gel və losyonları unut. Təbii, pH-balanslaşdırılmış düsturlar bu işdə bizə kömək olacaq. Dəri qabığının soyulmasına diqqətlə yanaş və vasitə seçimində növbəti açar sözlərinə diqqət yetir: kremli, incə, yumşaldıcı. Avokado tərkibli duş kremi mükəmməlcəsinə uyğun gələcək. Onun tərkibindəki yağlı turşular, antioksidantlar və vitaminlər dərinə qulluq edəcək. Lakin, əgər məhz gel istəyirsənsə vasitənin tərkibində badam kimi nəmləndirici yağların olmasına diqqət yetir. Duşdan sonra dərini sakitləşdirmək və komfort hissini saxlamaq üçün həmişə losyon çək.
YAĞLI DƏRİ
Sebumun hasil edilməsi bir çox amildən asılıdır (stress, hormon səviyyəsinin artması, genetika) və onu təmizləmə vasitəsilə tənzimləmək olmur. Bizim məqsədimiz dərini nəmləndirən və yağlılığı artırmayan duş gelini seçməkdir.
Dərisi yağlı olan xanımlar çox zaman spirt əsasında hazırlanmış aqressiv vasitələrdən istifadə etməklə səhvə yol verirlər və problemi daha da ağırlaşdırırlar. Dəri qabığını soyma gücünə malik zərrəcikli duş gelindən istifadə etməklə dərini ölmüş hüceyrlərədən və sebumdan təmizləmiş və beləliklə iltihabın qarşısını almış olacaqsan.
Yağlı dəri üçün hansı inqrediyentlərdən istifadə olunmalıdır? Nanə dərini oyadır və gümrahlıq verir, moruq ekstraktının tərkibində faydalı antioksidantlar və C vitamini var, lavanda əhval-ruhiyyənizi yaxşılaşdırmağa kömək edir və qoxusuyla sakitləşdirir. Dərin özünü xoşbəxt hiss edəcək!