Dəriyə qulluq haqda 4 populyar sual (cavabları ilə)

Dərisi yağlı olanlara nəmləndirici kremdən istifadə etmək lazımdırmı? Artıq parıltı ilə nə etmək olar? Digər vasitələr kömək etmirsə yanaqların qabıq verməsinə necə qalib gəlmək olar? Əgər sənin dəriyə qulluğun nəticəsizdirsə (“edirəm, amma heç bir xeyiri yoxdur”) materialı oxu. Həlli tapmağı kömək edəcəyik.

MƏNİM DƏRİMDƏ BÖYÜK BİR PROBLEMLƏR YOXDUR, AMMA BURUN, ÇƏNƏ VƏ ALIN ƏTRAFINDA DƏRİM PARILTI VERİR. BU NİYƏ BAŞ VERİR? PROBLEMİ ARADAN QALDIRMAQ ÜÇÜN XÜSUSİ VASİTƏ İSTİFADƏ ETMƏYƏ LÜZUM VARMI?

Kombinə olunmuş dəri üçün bu normal bir vəziyyətdir – sizin üzünüzdə quru və yağlı sahələr var. Bu cür dəri hava şəraitinə, isti iqlimdə artmış yağlılığa görə quruluqdan əziyyət çəkə bilər. Həmçinin, hormonal dəyişikliklər də öz təsirini göstərir. Sənin xüsusi kosmetika və ya aptek brendlərini istifadə etməyinə ehtiyac yoxdur, daha yaxşısı nəmləndirici və balanslaşdırıcı xüsusiyyətlərə malik məhsulları seçməkdir. Normal və kombinə olunmuş dəri üçün seriyamızda bu cür məhsullar öz yerini tapıb.

Dərinə qulluq edərkən balans saxlamağa çalış, T-zonasında artıq parlaqlığı aradan qaldırmaq istəməyinə baxmayaraq nəmləndirici vasitələrdən istifadə et.

MƏNİM DƏRİM YAĞLIDIR. TƏMİZLƏSƏM BELƏ VƏZİYYƏT DAHA DA PİSLƏŞİR. KÖMƏK EDİN!

Dərini nə qədər çox təmizləsək belə o daha çox “müqavimət” göstərir və daha çox sebum hasil edir. Bu, yağlı dəridə tez-tez qarşılaşdığımız problemdi. Belə bir sayda ona ehtiyac yoxdur. Hər halda bununla razı olarsan. Balans saxlamağa çalış! Yağlı dəri üçün nəzərdə tutulmuş seriyaya keç. Bu seriya qıcıqlanma vermədən dərini həlim təmizləməyə və nəmləndirmə səviyyəsini balanslaşdırmağa kömək edir.

KÜLƏK, ŞAXTA, QAR VƏ YAĞIŞ – MƏN DƏRİMƏ GÖRƏ PAYIZDA VƏ QIŞDA ƏZİYYƏT ÇƏKİRƏM. DƏRİM QABIQ VERİR, AĞRIYIR, QURUYUR. DİGƏR MÖVSÜMLƏRDƏ VƏZİYYƏT KƏSKİN DƏYİŞMİR (HƏTTA YAYDA BELƏ). NİYƏ MƏNİM ÜÇÜN YEGANƏ ÇIXIŞ YOLU HƏDDİNDƏN ARTIQ KREM İSTİFADƏ ETMƏKDİR?

Əgər sən nəmləndirici vasitəni düzgün seçməsən iyirmi qat vursan belə vəziyyət düzəlməyəcək. Çox güman, hər şey daha da pisləşəcək və məsamələr tutulacaq, akne və sızanaqlar dəridə peyda olacaq. İlk növbədə quru dərini nəmləndirən və qidalandıran nəmləndirici krem seç. İkincisi, az miqdarda (noxud dənəsi ölçüsündə) vasitəni dərinə vur və dərinin səthi üzərində yay. Üçüncüsu, hər zaman nəmləndirici vasitəni vurmaqdan əvvəl zərdabı istifadə et. Kiçik molekulların sayəsində zərdab kremlərdən daha yüngül teksturaya malikdir və bəsləyici maddələrin dərinin dərin qatlarına çatmasını təmin edir və nəmləndirici kremlərin effektini gücləndirir.


DƏRİM YAĞLI OLDUĞU ÜÇÜN NƏMLƏNDİRİCİ KREMLƏRİ İSTİFADƏ ETMİRƏM. RƏFİQƏM SƏHV FİKİRDƏ OLDUĞUMU DEYİR. KİM HAQLIDIR?

Sənin rəfiqən haqlıdır (üzrlü say!). Sağlam və gözəl qalması üçün dəriyə balanslaşdırılmış olmaq lazımdır. Həm sebumun normal hasili olmalıdır, həm də dəri kifayət qədər nəm olmalıdır. Əgər sənin dərin yağlıdırsa nəmləndirici vasitələri istifadə etməlisən, çünki dərinin vəziyyəti (tipindən fərqli olaraq) dəyişir. Dəri normaldan qurudulmuşadək dəyişə bilər və belə olduqda çatışmayan nəmi kompensə etməyə və daha çox sebum hasil etməyə başlayır. Lakin bunun həlli artıq var: yağlı dəri üçün nəmləndirici məhsullar. Onların tərkibində B5 vitamini, ağ akasiya ekstraktı, aloe vera, çay ağacı kimi aktiv inqrediyentlər var, hansılar ki dəri nəmlənməsinin balansını bərpa etməyə, dərinin regenerasiyasını tezləşdirməyə, iltihabı aradan qaldırmağa və artıq parlaqlığı götürməyə kömək edirlər.

 

Mətn: Şəkil: Getty Images