Şəhərdəki gözəllik: dərini pis ekologiyadan necə qorumaq olar

Quruluq, qıcıqlanma, allergiya, tutqun ton, erkən yaşlanma - bunlar meqapolisdəki həyatın nəticələridir. Ətraf mühit dəriyə göründüyündən daha çox zərər verə bilər. Amma bunu düzgün qulluqla azaltmaq olar - danışırıq necə.

Ətraf mühitin çirklənmələrindən yalnız planet əziyyət çəkmir, həm də bədənimiz, o cümlədən dərimiz. Əksəriyyət üçün bu qaçılmazdır, çünki biz gündən-günə müxtəlif mənfi amillərə məruz qalırıq: toz, tütün tüstüsü, işlənmiş qazlar, pestisidlər, zərərli istehsalat tullantıları. Onlar az-az dərinin qoruyucu maneəsini məhv edirlər, bu da onun vəziyyətinin tədricən pisləşməsinə gətirib çıxarır. Dəri quru solğun və həssas olur, üzün rəngi korlanır, hiperpiqmentasiya və erkən yaşlanmanın əlamətləri əmələ gəlir. 

Çıxış - dərinin təbii qoruyucu xüsusiyyətlərini dəstəkləyəcək və möhkəmləndirəcək düzgün vasitələr. Bu siyahıda bu vəzifənin öhdəsindən gələcək inqrediyentlərdir.

 


 

1) Pis ekologiyadanqorunma effekti ilə üz yuma vasitələri

Tərkibdə nə axtarmaq lazımdır? Məsamələrin təmizlənməsi, aydınlaşdırması və bərpası üçün komponentlər.

 

Meqapolisdəki həyat məsamələrin tutulmasına, dərinin solğun və kobud olmasına gətirib çıxarır. Təmizlənmə[1]  - dərinin sağlamlığına və onun qoruyucu funksiyalarının dəstəklənməsinə ilk addım. Axşam saatlarında üz yumaq toz və kir hissəciklərini aradan qaldırmağa kömək edir, səhərlər - gecə ərzində yığılmış ölü hüceyrələri təmizləməyə. Üz yumaq həmçinin dərini nəmləndirəcək, qidalanacaq və müdafiə edəcək növbəti qulluğa hazırlayır.

 

  • Aşındırıcı xüsusiyyətlərə malikdərini dərindən təmizləyici vasitə seç (məsələn Optimals Urban Guard 3D) multifunksional təmizləyici vasitə. Onun müntəzəm istifadəsi hüceyrələrin yenilənməsini sürətləndirir, bu da öz növbəsində dəriyə parlaqlığı və qüsursuz görünüşü qaytarır.
  • Salisil turşusu (BHA) - megapolis sakinləri üçün qara nöqtələri həll edən və ölü hüceyrələri aşındıran ideal inqrediyent.  


2 ) Qoruyucu serum

Tərkibdə nə axtarmaq lazımdır? Nəmləndirici, sakitləşdirici və dəri maneəsini bərpa edən maddələr

 

Dərimiz günəşdən və çirkləndirmələrdən qoruyan qalxandır. Düzgün qulluq göstərilməsə, onun maneə funksiyası əziyyət çəkməyə başlayır. Bu, oksidləşdirici stress adlanır, bu proses zamanı sərbəst radikallar əmələ gəlir. Onlardan gələn ziyanı aradan qaldırmaq üçün qulluq sisteminə nəmləndirmə və qorunma üçün vasitələr əlavə et. Optimals Guard 3D qoruyucu serum  hüceyrələri həyati enerjisi ilə dolduracaq, hidrolipid maneəsini gücləndirəcək və ən əsası, dərini bu vəziyyətdəsaxlayacaq. İşərisində olanlar:

 

  • C vitamini dərinin rəngini açır və qeyri-bərabər ton və solğunluqla mübarizə aparır. Üstəli, bu, sərbəst radikalları neytrallaşdıran güclü antioksidantdır.
  • Postbiotiklər "yorğun", stressə məruz qalmış dəriyə maliksənsə, mikrofloranın balansını bərpa edir.
  • Antioksidantlar  dərinin immun sisteminin işini gücləndirir və oksidləşdirici stressin qarşısını almağa kömək edir (məsələn E vitamini, polifenollar, flavonoidlər).


 

3) Təcavüzkar ətraf mühitdən qorunma effekti ilə krem

Tərkibdə nə axtarmaq lazımdır? Nəmləndirmə, qidalanma və qorunma üçün komponentlər

 

İndi Anti-Pollution qeydi ilə edən kosmetika məşhurdur. O, dərini müdafiə etməyi və stress amillərinin gündəlik təsirinə qarşı durmağı vəd edir. Belə vasitələr intensiv nəmləndirmə, dəri maneəsinin bərpası və dəri immunitetinin möhkəmləndirilməsi üçün komponentlər ehtiva etməlidir. Nəyə diqqət yetirmək lazımdır:

 

  • Gündüz nəmləndirici vasitəsini seçərkən, ilk növbədə SPF səviyyəsinə bax. Optimals Urban Guard 3D qoruyucu gündüz kremi[1] SPF 25 malikdir - bu, həm şəhər üçün, həm də təbiətdə istirahət üçün kifayətdir. Karbon hissəciklərindən qoruyan və nəmi saxlamağa kömək edən komponentlər də artıq olmaz. Çox vaxt bu, müxtəlif növlü hialuron turşusudur. İri molekulyar hialuron turşusu dəridə nəmi "kilidləyir" və təbii qoruyucu maneəni gücləndirir. Orta molekulyar hialuron turşusu dəridə nəm ehtiyatı yaradır, aşağı molekulyar isə dərinin dərinliyinə nüfuz edir. Aşağı molekulyar hialuron turşusu dərin təbəqələrə nüfuz edir və nəmləndirir. Bütün bunlar birlikdə inqrediyenti şəhərdə istifadə etmək üçün ideal edir.

     

  • Yuxu zamanı dərin gün ərzində qarşılaşdığı stressdən bərpa olunur. Gecə kremini seçərkən qidalandıran, balansı bərpa edən və dərini enerji ilə dolduran komponentlərə diqqəti yetir. Sakitləşdirici və nəmləndirici inqrediyentlər də lazımdır, buna görə də yenə də ilk növbədə antioksidantlar, postbiotiklər və hyaluron turşusu durur. Bütün bunlar Optimals Urban Guard 3D bərpaedici gecə kremin tərkibində var[2].

 

Sən dəriyə ətraf mühitin xoşagəlməz amillərinin öhdəsindən gəlməyə kömək edərkən, Oriflame təbiətə öz təsirini minimuma endirməyə çalışır. Urban Guard 3D çirklənmələrə qarşı gücləndirilmiş qorunma ilə ilk qulluq xəttimizdir, onun üzərində işləyərkən biz daha ekoloji istehsal və qablaşdırma istifadə edirik.