Bütün makiyaj dodaq parıldadıcısı ilə

Sevimli tonal əsası çək - və yaratmağa başla! Qalina İlyina, Oriflame-in byuti mütəxəssisi, makiyajın qalan hissəsini tək bir məhsulla necə etmək lazım olduğunu göstərir.

 

Xaylayter kimi
Dodaq parıldadıcısı vasitəsi ilə dəbli nəm dəri effektini yaratmaq olar - dəb nümayişlərin pərdələri arxasında və üz qabığı çəkilişləri üçün vizajistlərin gördüyü iş məhz budur. Barmaqlarının uclarına bir damla parıltı vur və yanaq sümüyünün ən yüksək nöqtəsində, qaşın üstündə və altında yay. İstədiyin parıltı teksturasını seçərək parlaqlıq dərəcəsini tənzimləyə bilərsən: güzgü parlaqlığından şimmera qədər. Mən THE ONE-dan "Parlaq nüd" istifadə edirəm: yüngül tekstura bərabər şəkildə çəkilir və yapışqanlıq hissi qoymadan tətbiq olunur.

Göz qapaqları üçün top kimi
Yaş göz qapaqlarına trend olan effekti yalnız tək ziyafət üçün - belə bir makiyajı gündüz etməyə çalış! Səhər makiyajı üçün dəri çalarlarına yaxın rəngləri seç:bej, zərif çəhrayı, şaftalı. Axşam ziyafəti üçün (və ya skayp kokteyli üçün) giləmeyvə, albalı rəngləri sına. Vacibdir: belə makiyaj yalnız açıq bir göz qapağı olan qızlara yaraşacaq. Göz qapağının "almasına" nazik qatda basıcı hərəkətlərlə çək. 

 

 

 

Qaş geli kimi
Əlinin altında qaşları düzəltməyə xüsusi gel olmayan kəslər üçün layfxak: bej çalarlı güzgü effektli yarı şəffaf parıldadıcı. Fırça ilə tüklərə istədiyiniz istiqaməti ver və sonra ona parıltını yığ və yenidən təkrarla. Parıldadıcı hissəcikləri tükləri bürüyəcək, onları daha həcmli və daha relyefli edəcək. Qələm və ya qaş kölgələri istifadə edirsənsə, onlardan başla, parıldadıcı ilə saçların düzləşdirilməsi isə son addımdır.

Dodaq plamperi kimi
İşıltılı parıldadıcı - dodaqların vizual olaraq böyütmək üçün ən yaxşı məhsuldur, o, həcmli parıltı effektini verir. Parıldadıcını dodaqların mərkəzinə sürt və haşiyələri bir az yay. Effekti artırmaq üçün, dodaqların xarici kenarlarına və künclərinə bir ton daha tünd dodaq boyası çək.

 

 

Ənlik kimi
Demək olar ki, istənilən çalarlı güzgü effektli parıldadıcını yüngül qızartma yaratmaq üçün istifadə etmək olar. Yüngül rəngli yarı şəffaf çalar və zərif tekstura sözün əsl mənasında dəri ilə birləşir - heç kim "ənlik" əlavə etdiyini hiss etməyəcək belə.

Əlinə az miqdarda sevimli parıldadıcı vur və məhsula dərinin istiliyindən qızmağa imkan ver - belə o, daha yaxşı yayılacaq. Yumşaq tüklü fırça ilə parıldadıcını götür və yanaqların almaları üzərinə yüngül hərəkətlərlə çək. Mərkəzdən alnın kənarlarına kimi yaxşıca yay.

 

 

Пробуй разные оттенки и не бойся экспериментировать с макияжем! Смотри еще больше полезных уроков в школе красоты Oriflame!