Dodaqlarda zəngin çalarları rahatlaşdıran cəlbedici məxmər teksturalı və nəmləndirici inqrediyentlərlə qidalandırıcı mat dodaq boyası Giordani Gold Iconic ilə tanış ol. Palitrada istənilən üslubda görünüşü tamamlayan mat dodaqlar klassikasını tapacaqsan: neytral nüddan kreativ gavalıya kimi, parlaq fuksiyadan retro bordoya kimi.
Dodaqlara qulluq hissi nəmləndirici inqrediyentlərin kompleksli təsiri ilə əldə edilir. Unutmaməni ekstraktı qidalandırır, qoruyur, hamarlayır və dodaqların vəziyyətini yaxşılaşdırır, onları daha nəmləndirilmiş və yumşaq edir. İtalyan almaları və arqan yağlarının qarışığında zərif dərini bərpa edən faydalı yağ turşuları və vitaminlər var, SPF 15 isə fotoqocalmadan qoruyur.
İncə mat finiş dodaqlarda mat olan yumşaq toz teksturanın nailiyyətidir. Dodaq boyası dodaqları qurutmur – hər şey bütün gün boyu gözəlliyindən zövq almağın üçündür!
İdeal mat görünüşə üç addım
Mat dodaq boyası müəyyən hazırlıq tələb edir: parlaq çalar qüsurları vurğulayacaq və onun üçün təməl yaratmasan görünüşə disharmoniya verəcək. İdeal minimum: qızartıları və yorğunluq izlərini gizlədəcək tonal təməl, baxışa ifadəlik vermək üçün yüngül tuş və yanaqlarda yüngül parıltılı təbii qızartı.
1. Giordani Gold Metamorphosis matlaşdırıcı tonal təməldən istifadə et: dəri ilə təmasda krem teksturası toz halına gəlir və əlavə vurulma tələb etmədən bütün gün boyu sıx örtük təmin edir.
2. Giordani Gold ultra uzadıcı tuş ilə kipriklərini vurğula. Göz kölgəsi və ya göz layneri istifadə etməyəcəyik: dodaqlar diqqət mərkəzində olmalıdır.
3. Yanaqlarının almalarına bir az yumru dormalı ənlik əlavə et: qızıl dəri tonu üçün "Şaftalı parlaqlığı" çalarını tövsiyə edirik, "Təbii parlaqlıq" isə hər kəsə uyğun olacaq.