Gələcəyə qayıdış: 5 addıma saçların qalınlığını bərpa edirik.

Sən saçlarının nazik olmasında və bu üzdən əcaib saç kəsimində genetikanı, zəmanəni və ya hər hansı bir digər səbəbi günahlandıra bilərsən. Lakin, bizim tövsiyələrimizdən yararlanıb problemini həll edə bilərsən.

1. DÜZGÜN SEÇİM

Saçlarına həcm vermək üçün ən sadə və yoxlanılmış metod düzgün şampunkondisioner seçimidir. Sənə istiqamətli təsir gücünə malik məhsullardan istifadə etməyi məsləhət görürük. Yəni, həcm, qalınlıq və teksturanı verən saç düzümü vasitələri.

2. ŞAHİDLƏRİN MÜDAFİƏSİ PROQRAMI

Fenlə saç düzümü etdikdən sonra nazik saçların daha da nazik olmaması üçün onları təmizləmədən dərhal sonra saç düzümü etmək məsləhət görürük. Niyə? Belə saçlar təbii yolla daha tez quruyurlar, nazikləşirlər və bu səbəbdən fenlə saç düzümü etmək üçün həmişə köpük və ya geldən istifadə et.


3. 
İNADKARIN RAM EDİLMƏSİ

Quru və yonulan saçlar heç də xoşagələn mənzərə deyil. Saç düzümünü yenilə və saçlarını gələcək problemlərdən qorumaq üçün yağ və ya zərdab əldə et. Saç düzümündən öncə bir neçə damcı kifayətdir.

Məsləhət: saçlarını uzunluğunun ortasından və toxumaların yanından daramağa cəhd et. Xeyr, sənə 80-ci illərin stilini tövsiyə etmirik, sadəcə belə etməklə bir qədər həcm vermiş olacaqsan. Həmçinin, saçlara həcm vermək üçün şotkadan istifadə edə bilərsən. Effekti qoruyub saxlamaq üçün saç həcminə lak yay.

4. BİOLOJİ AKTİV ƏLAVƏLƏRƏ EHTİYAC VARSA ƏGƏR

Kompleks qulluq sənin məhsullarla yanaşı qidalanma rasionuna vitaminləri, mineralları və aminturşuları əlavə etməyini nəzərdə tutur. Bunu etmək üçün saç və dırnaqlar üçün nutrikompleksi sifariş edə bilərsən. Bu nutrikompleksin sayəsində saçların onları gücləndirən və tökülməsini zəiflədən bəsləyici maddələrlə təmin olunacaq. Nəticə əldə etmək üçün 12 həftəlik nutrikompleksdən istifadə kursu keçməyi məsləhət görürük. Razı qaldın? Sən hər zaman kursu yenidən keçə bilərsən, lakin arasında 3 həftəlik fasilə etməyi unutma.

5. QURU ŞAMPUN / TƏRAVƏTLİ QAL

Quru şampunu çox sevdiyimizi etiraf edirik. Bu, bəşəriyyətin böyük ixtirasıdır. Harda olursan ol, nə edirsən et, sən hər zaman su istifadə etmədən saçları təmizləyə və təravətləndirə bilərsən. Quru şampunun istifadəsinə dair bir neçə qayda: şampunu saç toxumalarına tozlandır, prosesi aktivləşdirmək və teksturaları əlavə etmək üçün bir müddət barmaqlarınla masaj et.

Mətn: Şəkil: Getty Images