Haylayter: edilməsi lazım olmayam dörd səhv

Strobinq və konturlaşma texnikalarının məhşurluğundan haylayterlər rekort satış göstərcisinə malikdir. Lakin hər kəsdə ondan düzgün istifadə etmək alınmır. Biz sənin üçün haylayterlə edilən səhvlər və onlardan qaçmaq yolları başa salacayıq.

1. DÜZGÜN OLMAYAN ÇALAR 

Haylayterlər hər bir dəri tonuna uyğun gəlmir. Əmin olun ki, məhz öz dəri tonunuza uyğun olan haylayterdən istifadə edirsən. Əgər dəri tonun orta tondan tünd tonlara qədər dəyişirsə qızılı-şaftalılı haylayterdən istifadə et. Dəri tonun açıqdır? Onda daha çox açıq tonlara, məsələn fil sümüyü rənglərinə fikir ver. 


2. 
DÜZGÜN OLMAYAN İSTİFADƏ

Kremli haylayterdən istifadə edirsən? Onda makiyaj üçün əlavə alətlərə ehtiyac yoxdur, onunla dəri tonu qeyri-bərabər görünə bilər. Haylayteri əlində bir qədər isidərək parlaqlıq yaratmaq istədiyin nahiyyələrə çəkməyi tövsiyə edirik. Maye haylayteri kirçandan sonra istifadə etmək? Belə etmə. Haylayter dəridə qeyri-bərabər görünəcək! Vasitənin istifadəsində daha bir səhv – hövsələsizlikdir. Maye haylayteri maye tonal əsası ilə birlikdə istifadə etdikdə əsas hər iki vasitənin tam qurumasını gözləməkdir. Yalnız bundan sonra makiyajı tamamlamaq üçün ənlikdən istifadə edə bilərsiniz. 


3. DÜZGÜN OLMAYAN YERƏ

Əgər haylayteri düzgün nahiyyələrə istifadə etməsən üzün vizual olaraq daha iri görsənə bilər.

Haylayteri bütün üzünə çəksən düzgün olmayan effekt, lazım olan nahiyyələrdən daha aşağı çəksən yorğun görünüş əldə edəcəksən. Haylayterdən düzgün istifadə nahiyyələri – almacıqlar, burun və dodağın üst hissəsi.  


4.  HƏDDƏN ARTIQ ÇOX

Parıltılı məhsulun çoxluğu üzdə ölü sürət yaradaraq dərinin təbii parlaqlığını itirəcək. Unutma ki, haylayter işığı qaytarmalı və onu solğun etməməli, əksinə dəriyə təravət verməlidir.

Nə qədər istifadə etmək? Bu sualın cavabı hava şəraitindən asılıdır. Küçədə mülayim hava olduqca əminliklə daha çox parlaq makiyaj edə bilərsən. Lakin parlaq günəşli havada haylayterdən mümkün qədər az istifadə etməyə çalış.

Bizim məsləhətimiz: gün ərzində hansı işıqlıqlı bir yerdə olduğun yerdə makiyaj et.  (Məsələn, əgər gün ərzində vaxtını daha çox açıq havada keçirəcəksənsə makiyajı duş otağında deyil, məhz pəncərənin önündə et). Bununla da əlvan makiyajdan qaçmış olacaqsan. 







Mətn: Şəkil: Anna Mårtensson, Oriflame brand images