Özünü sev: 5 sadə tövsiyyə

Biz günü-gündən saysız hesabsız iş görürük, lakin çox zaman özümüzə qayğı göstərməyi unuduruq. Həyatı tam şəkildə dolğun yaşamaq üçün hər gün özünüzü prioritetlər siyahısına əlavə et.

TƏNQİDDƏN İMTİNA ET
Hərdən ən qəddar düşmənin elə sən özünsən. Başqaları tərəfindən sezildikdən öncə səhvlərə görə özünü tənqid edirsən. Daxili dialoqun tonunu təcili dəyişmək lazımdır! Özünə səhf etməyə imkan ver. Belə olmadan heç bir inkişafdan danışmaq olmaz.

DAHA ÇOX HƏRƏKƏT ET

Fiziki məşqlər – emosional stabilliyə va sağlamlığa aparan düzgün yoldur. Özünüzə sevgi bəxş etmək çox asandır - hərəkət et, hərəkətdən zövq al və nəticə özünü çox gözlətməyəcək. İdeal bədən üçün deyil, sadəcə xoşuna gəldiyinə görə idman ilə məşğul ol. Düzgün motivasiya aldıqdan sonra fiziki məşqlər sənin üçün cəza deyil, mükafat kimi görsənəcək.

DƏRK ET

Beyinin fikirlərlə dolu olduqda özünə kiçicik bir fasilə ver. Dincəl. Ətrafında baş verənlərə fikir ver. Hər zaman hadisələr cərayanında ol. Sonra sən instagram şəkillərini deyil, məhz bu anları xatırlayacaqsan.

DÜZGÜN SEÇİM ET

Nahara şokolad – ola bilər, çünki bəzən bu özünə qarşı sevgini göstərir. Ani "İstəyirəm" lehinə seçim çox vaxt bizi pulsuz və pis əhvalla tək buraxır. Son şərab bardağından imtina edib pulunu həqiqətən ehtiyac duyduğun əşyalara xərclə. Bütün bunlar gələcəyin naminə həyata keçirilməlidir!

BALANSI SAXLA

«Günün nizamlanması» — darıxdırıcı səslənsədə, məhz günün planlaşdırılması sayəsində məqsədlərini, düzgün qidalanmağı və ya idmanı unutmayacaq və boş buraxmayacaqsan. Özünə xəyal etdiyin həyatı bəxş et, beləliklə özünə qarşı sevgini sübut etmiş olacaqsan. Yeni vərdişlərə yiyələn: hər gün sağlam səhər yeməyi, faydalı əlavələr, gündəlik fiziki hərəkətlər və xoşbəxtlik verən məşğuliyyət. Səni bərkdən qucaqlayırıq!

 

Mətn: Şəkil: Oriflame