Yüngül addımlara beş addım

Yündür daban ayaqqabılar, sandallar, baletlər: yay yaxınlaşır və hava getdikcə daha da isinəcək — açıq ayaqqbılara çıxmağın əsl zamanıdır! Ayaqlarının istənilən ayaqqabıda möhtəşəm görünməyi üçün onları yay mövsümünə hazırlamaq lazımdır. Ardıcıllıqla başa salacayıq.

1. VANNA DÜZƏLT
Ayaq vannaları nəinki rahatlanmağa kömək edir, həmçinin – dabanın yumuşaq və hamar qalmasına kömək edir. Vannaya isti su tök və ayaqlarını 10 dəqiqə suda saxlayaraq rahatlanmağa çalış. Prosedura salon effekti vermək üçün massaj funksiyasına malik eıetrik vannası al. 

2. CODLAŞMIŞ DƏRİDƏN AZAD OL
Döyənəklərin və quru dərinin əməli gəldiyi nahiyyələri pemza və ya ayaq bıçqısı  ilə cilala. Ayaq dərisi yumşaldıqda quru dərini skrabın köməyi ilə təmizlə.

3. YUMŞALDICI KREM ÇƏK
Döyənəklərin və quru dərilərin tamamilə cilalnmasından və skrabdan istifadədən sonra dərini yumşaltmaq mütləqdir – bununla cızıqların əmələ gəlməsindən qurtula bilərsən. Məhz sənin dərinə uyğun gələn nəmləndirici krem seç. Əgər dərin quru və ya həssasdırsa, onda dolğun teksturlu kremdən istifadə et və ya gecə üçün pampıq corablar geyin. Əgər ayaqlarında pis qoxu ilə problem varsa, onda ayaq üçün krem-antiperspirantdan istifadə et.

4. PEDİKÜR ET
Ayaq dırnaqlarını düzgün kəs: çox qısa olmamaqla 1-2 mm uzunluq saxla, dırnaq qıraqlarıbı isə qətiyyən kəsmə. Dırnaqların qıraqlarını daha çox yumru formada etmək üçün bıçqıla. Dırnaq boyasından istifadə etməmişdən öncə mütləq olaraq bazadan istifadə et. Onda dırnaq boyası dırnağın üstünün rəngini dəyişmir. Dırnaq boyası isə uzun müddət qalaraq ayaqların səliqəli görünməyinə səbəb olur.
 

5. DEZODORANTI UNUTMA
Açıq danışaq: pis qoxu ilə problem hamıya aiddir, xüsusi ilə də yayda. Lakin xüsusi vasitələrin köməyilə sən bu problemdən azad ola bilərsən. Nəticəsi kliniki sınaqlarla təstiq olunmuş bərpaedici və ya sərinlədici effektə malik spreydən və ya dezodorantdan istifadə et. 

Mətn: Şəkil: Getty Images