Sadəcə ehtiyacın olan 5 üz maskası

Onlar ratatlandırır, intensiv qulluq və gərgin gündən sonra sevimli serialla birlikdə olmağa qanuni 15 dəqiqəni bəxş edirlər. Maskalar! Müxtəlif hallar və dəri ehtiyacları üçün onlar çox olmalıdır. Seçməyə kömək edirik!

Gel maskalar
Dərin yorğun görünəndə ideal variantdır. Kompüter qarşısında uzun saatlar, gərgin həftə və ya səhərə qədər parti - dərinin təravətlənməsinə necə kömək etməyi bilirik! Gel maskalar yüngül teksturası, dərhal nəmləndirilməsi və tonlanmasına görə sevilir. Portağal VƏ ƏNCIRLI LOVE NATURE   sına: tərkibindəki bitki ekstraktları dəriyə parlaqlıq verəcəkdir. Və necə gözəl ətir.
Layfxak
: tətbiqdən 10-15 dəqiqə əvvəl maskanı soyuducuya qoy. Təravətləndirici effekt şişkinliklərin öhdəsindən gəlməyə kömək edəcəkdir. 


Gil maskalar
Qədim vaxtlardan bəri gil dərinin dərin təmizlənməsi üçün istifadə edilir: onun faydalı xüsusiyyətləri haqqında hələ qədim Misirdə bilirdilər. Effekti minilliklərlə təsdiqlənir! Gil əsaslı maskalar dərini tarazlaşdırır və məsamələrdən çirkləri çıxarır, yəni yağlı, qarışıq və problemli dərilər üçün xüsusilə faydalıdır. Düyü və ağ çay təmizləyici gil maskası qara nöqtələrə qarşı əsl təcili yardımdır.

Layfxak: əgər əvvəlcədən dəri buxarlansa və məsamələr açılsa, gil maskası daha yaxşı işləyəcəkdir. Üzündə isti bir dəsmal tut saxla və ya buxar hamamında otur. Həssas dəri üçün, genişlənmiş damarlar, kuperoz və rosasea meyli olduğu halda istifadəsi qadağandır. 

Krem maskalar
Sıxlıq hissi bütün günlük əhval-ruhiyyəni poza bilər: həqiqətən quru dərinin sahibləri indi başa düşəcəklər. Sıx zərif, qidalandırıcı maska təbəqəsini tətbiq etmək və onun dərini necə sakitləşdirdiyini hiss etmək necə də gözəldir! Krem maskalar dərini intensiv nəmləndirir, onu qidalanmış edir, qabığı çıxarır və tərkibindəki təbii inqrediyentlər sayəsində qulluq edir. Məsələn, yeni Love Nature maskasında olduğu kimi moruq və nanə.
Layfxak
: krem maskasından sonra üzünü yuma. Qalıqları kağız salfet və ya nəm dəsmal ilə çıxar - bu yolla dəri daha da çox qidalanma və qulluq alacaq.



Parça maskalar 
Mövqe verməyi düşünməyən dəriyə qulluqda isti bir trend. Bu maskanın fişkası – serumun maye teksturasıparça əsası sayəsində dəriyə dərindən daxil olan yüksək konsentrasiyalı aktiv inqrediyentlərdir. Parça maskaların ən çox effekt müxtəlifliyi var, sadə nəmləndirmədən tutmuş anti-age qədər. Ən başlıcası isə, onları yumaq lazım deyil – yəni, hər yerdə istifadə edilə bilinər! Təyyarə kreslosunda, rəfiqələrlə spa qız partisində və öz hamamında. Haradan başlamağı bilmirsən? Əsas variantı sına: nar və üzümlü antioksidant maskası. O, yalnız dərin üçün deyil, planetimiz üçün də faydalıdır: maska çox nazik ağac liflərinə əsaslanan ekoloji tensel parçasından hazırlanmışdır.


Layfxak: paketdə qalan serumu boyun, dekolte zonası, əllər, dirsəklər və hətta dizlərə tətbiq oluna bilər – üzdən başqa ilk olaraq yaşı bildirən və əlavə qayğıya ehtiyacı olan yerlər.

Gecə maskaları
Məhs gecələr dəri aktiv inqrediyentlərə daha çox həssas olur. Sən yatırsan, gözəllik isə artır - təbiətin verdiyi bu cür bonuslardan necə istifadə etməyəsən! Heç bir halda adi maska gecəlik saxlama sənin xüsusi olaraq bu cür tətbiq üçün hazırlanmış məhsula ehtiyacın var. Məsələn, hialuron turşulu və qidalandırıcı yağlı NovAge gecə maskası.

Layfxak: bu maskanı ayrı deyil, kompleks baxım mərhələsi kimi istifadə et. Həqiqi gözəllik yuxusu lazım olduqda həftədə 1-2 dəfə gecə kremi yerinə tətbiq et: hazırlanmış dəri üzərində maska daha yaxşı təsir edəcəkdir.