Ulduz falı-2018: bürcünə uyğun ətir seç

Gəlin yeni ildə sənə hansı ətrin uyğun gəldiyini ulduzlardan soruşaq.

QOÇ (21 MART – 19 APREL)
Enerjili və ehtiraslı, Qoçlar çox vaxt üstlərinə çox şey götürüllər. Temperament, motivasiya ehtiyatı və xarakterin gücü onları praktik olaraq əyilməz edir. Sənə italyan xarakterini tamamlayan neroli və qırmızı istiot notlu Miss Giordani ətri uyğun gələcək.

BUĞA (20 APREL – 20 MAY)
Balans — Buğaların sevimli sözüdür. Onların gözəllik hissləri və daimi harmoniya axtarışı həyatın bütün aspektlərini əhatə edir. Buğaları Venera idarə etdiyinə görə onları münasibətə çox diqqətli edir.  Mehriban, qayğıkeş və məsuliyyətli buğalar hamının dostudur. Sənin detallara diqqətliliyinə görə, yaxşı zövqünə görə Love Potion ətri ən yaxşı variantdır. 

ƏKİZLƏR (21 MAY– 20 İYUN)
Enerji və xöşbəxtliklə bol Əkizlər — həqiqi uydurmaçı və ixtiraçıdırlar. Sənin hərəkətlərin nə qədər qeyri-adi olsa da dəyişkən xarakterin həm yumşaqlıq, həm də istənilən vəziyyətdən çıxış yolu tapmaq deməkdir. Bu bürcə daha çox Sublime Nature Tuberose ətri uyğun gələcək.

XƏRÇƏNG (21 İYUN –  22 İYUL)
Bu bürcü Ay idarə edir. Sən öz vaxtını çox dəyərləndirirsən, öz ailəni sevirsən, həmçinin öz yaxınlarına və doğmalarına məsləhətlə köməklik etməyə həmişə hazırsan. Bu cür güclü və eyni zamanda zərif xarakteri tamamlamağa yasəmən və səndəl ağacı notlu Eclat Femme ətri kömək olacaq.

ŞİR (23 İYUL – 22 AVQUST)
Dramanın şəhzadəsi — bu söz əsl Şirlərə aiddir. Əlbəttə sən özünə çox əminsən, amma gəl məsələnin digər tərəfi olan sənin komfliktləri sevməyinə də diqqət yetirək. Bu xüsusiyyət səni diqqət mərkəzində saxlayaraq səni Lider edir. Lakin bu görünüşün daxilində çox əliaçıq və sevimli insan gizlənir. Və bu insan həssas və incə ətirlərdən çəkinmir.  Divine ətrini sına.

QIZ (23 AVQUST – 21 SENTYABR)
Sən beyindən sümüyə qədər perfeksionist insansınız. Sənin məntiqin, insanları idarə etmə qabiliyyətin və işlərin ətrafdakıları heyrətləndirir. Bu cür insanlara karamel və şaftalı notlu Volare ətri uyğun gələcək. Bir qədər romantika hələ heç kimə mane olmayıb!

TƏRƏZİ (22 SENTYABR – 23 OKYABR)
Tərəzilərlə ünsiyyət olduqca maraqlıdır! Şarm və cazibə (həmçinin Venera planeti) insanlarla dəhşətli şeylər edirlər. Tərəzilər həmişə istədiklərini əldə edirlər, situasiyanı düzgün qiymətləndirə bilirlər və hər bir insanın ürəyinə yol tapa bilirlər. Harmonik və romantik tərəzilər gözəl zövqə malik olaraq haratdıqları hər bir şeydə gözəllik axtarıllar. Sənə həyatsevər Happydisiac ətri əla uyğun gələcək.

ƏQRƏB (24 OKYABR – 21 NOYABR)
Güclü, inadcıl və sirrli - bu xüsusiyyətlər yalnız ilk görünüşdə olur. Sən sirr saxlamağı bacarırsan, sənin əsas xüsusiyyətin — cəsarətlilik və düzgün qərar vermə qabiliyyətindir. The ONE Disguise parfüm suyu bu keyfiyyətləri artıraraq tərzinizi tamamlacaq. 

OXATAN (22 NOYABR – 21 DEKABR)
Sərbəst və istedadlı oxatanlar istənilən mədəniyyət və situasiyaya tez adaptasiya olunurlar. Lakin buna baxmayaraq məsuliyyəti sevmirlər. Sualları cavab verməyə sənə daxili cəzbetmən və optimizmin kömək olacaq. Sənin seçimin — Women's Collection Innocent White Lilaс ətri olacaq. 

OĞLAQ (22 DEKABR– 19 YANVAR)
Oğlaqlar — müstəqil, məsuliyyətli və ciddidirlər. Onlar ayaqları üzərində möhkəm dayanır, ənənələrə hörmətlə yanaşır və klassik ətirlərə üstünlük verirlər. Məsələn, Giordani Gold Essenza parfüm suyu. Bu ətir həqiqi İtalyan klassikasıdır!  

DOLÇA (20 YANVAR – 18 FEVRAL)
Sən öz qaydalarınla hərəkət edirsən və məhdudiyyətləri sevmirsən. Güclü xarakter və fərdiliyini My Destiny parfüm suyu ilə vurğula.  

BALIQLAR (19 FEVRAL – 20 МАРТА)
Balıqlar —  idalistilər. Ancaq təmiz suda üzürlər, emosiyaları sərbəst bildirirlər, duyöulara dalmağı sevirlər və çox vaxt həyata çəhrayı eynəklə baxırlar. Bu cür istedadlı insanlara Eclat ətri daha çox uyğun gələcək. 

Mətn: Şəkil: Getty Images