Yenidən sevmək: təbii saç rəngini necə qaytarmaq

Sonsuz saç rənglənmələri, qırılma və saçqıranlar — əgər tərzinin dəyişilməsi sizi heç də sevindirmirsə, təbii saç rənginə qayıtmağın əsl vaxtıdır. Dəyişikliklər edərək başını itirməməyin sirlərindən danışacayıq.

1. SOSİAL ŞƏBƏKƏLRƏDƏN İLHAM AL

Təbii saç rənginə qayıtmaq həmişə çox çətin olur. Sosial şəbəkələrdə təbii saç rəngi ilə seçilən məhşurların şəkillərinə baxaraq ilham al. Sənin kiçik köməkçilərin: instaqram, yutub və pinterest ola bilər.  

2. SAÇLARINI BƏRPA ET

Əgər təbii saç kökünə qayıtmaq istəyirsənsə, ciddi olaraq saçlarının qeydinə qalmağa başla. Xüsusi ilə də əgər sən hər gün müxtəlif saş düzümləri edir, saçlarını fenləyir və saç ütüsundən istifadə edirsənsə. Bu da resept: bərpaedici şampun, qidalandırıcı kondisioner və maska. Bu mükəmməl üçlük saçlarını kökündən uclarına qədər möhkəmləndirməyə kömək edərək saçlarının sağlam görünüşünü qaytaracaq. Həftədə bir dəfə saç ucluqlarındakı saçqıranlardan qurtulmaq və onları daha yumuşaq etmək üçün qidalandırıcı yağdan istifadə et.

3. DƏYİŞİKLİK ET

Sən düşünə bilərsən ki, “Təbii saç rənginə qayıtmağa bəzən illər sərf oluna bilər”! Yox, buna illərin getməsi vacib deyil. Sənin edəcəyin bir şey saçlarına sərbəst uzanmağa imkan yaradaraq öz təbii saçların uyğun gələcək rəngli balzamdan istifadə etməkdir. Onda təbii və rənglənmiş saçlar arasında fərq olmayacaq. Əlbəttə ki, saçlar bir gecəyə uzana bilinməz, yalnız saçında rəng fərqi nəzərə çarpmayan olacaq. Öz təbii saçlarına gerinə qayıtmaq iki aydan dörd aya qədər çəkə bilər. 

4. SAÇ UCLUQLARINI DÜZƏLT

Hər şey alındı? Təbrik edirik! Lakin saç ucluqlarını hər üç-dörd həftədən bir kəsməyi unutma. Hər dəfə saç rəngin daha bərabər və təbii görünməyə başlayacaq.   

 

Mətn: Şəkil: Nina Xolma