Əgər səhərlər çox vaxt qızartılar, qıcıqlanma və qeyri-bərabər üz rəngi görürsənsə, bu ümidsizliyin hissi sənə tanışdır. Yuxusuzluq, stress, qeyri-düzgün qidalanma – dəri, bu dəfə sənin nə xoşuna gəlmir? Və pomidor kimi qızarırsansa nə etmək olar?
İsti duşdan və ya saunadan uzaq durmağa, yalnız bir porsiya spirtli içki ilə özünü məhdudlaşdırmağa, aktiv günəşdən və çirklənmiş havadan gizlənməyə çalış. Bütün bunlar qan damarlarını genişləndirir və vizual olaraq qızarmanı daha da artıra bilər, elə stress kimi - dərinin necə göründüyünə görə az narahatlıq keçir. Demək daha asandır, neinki etmək - düşünəcəksən və bu tamamilə doğrudur. Amma cəhd etməyə dəyər!
Bəli, görünüş ən əsas şey deyil, amma bəzən özümüzə inamımızın dəstəyə ehtiyacı var. Dərin sizə qarşı müharibə elan edibsə NovAge qızartılara qarşı qz kremini istifadə et: o qızartıları dərhal azaldaraq dəriyə yüngül çalar bəxş edir və sakitləşdirici maddələr ehtiva edir.
İsveçdən olan həssas dərilı redaktorumuz bu vasitəni sınadı. Sağdakı şəkildə effekti görə bilərsən: krem, qırmızı rəngli sahələri piqmentlər vasitəsi ilə vizual olaraq neytrallaşdırır və eyni zamanda tərkibindəki sakitləşdirici texnologiya sayəsində dərinin sağlamlığını möhkəmləndirir