Qış yaxınlardadır! Biz artıq ona hazırıq

Qışda hər şey müxtəlifdir: saçlara və dəriyə qulluq, həmçinin makiyaja yanaşma isti mövsümlərdə öyrəşdiyimizdə olduqca fərqlidir. Biz sənə qışa necə hazırlaşmağı danışacayıq.

BƏDƏNƏ QULLUQ

Nədən qaçmaq: əllər və ayaqlarda quru dəri

Necə hazırlaşmaq: əllər və ayaqlarının dərisinə nə qədər tez qulluq etməyə başlasan, bir o qədər yaxşıdır. Məsələn, hər gecə yatağına girməmişdən öncə losyondan istifadə et. Əgər bu prosesi hər gün eyni vaxtda etsən dərinin ona alışması daha tez baş verər.

Şaxtalı havalar başladıqda losyonu qidalandırıcı kremə dəyiş. Həmçinin kremdən istifadə etdikdən sonra əllər və ayaqlar üçün xüsusi pambıq əlcək və corabdan istifadə edərək kremin dərinin daha dərin qatlarına nüfuz edərək onu yumşaltmasına kömək edə bilərsən. Qışda əllərin hər yuyulmasından sonra kremdən, həftədə bir dəfə isə ayaq skrabından istifadə etməyi tövsiyə edirik.

ÜZ

Nədən qaçmaq: dəri quruluğu və dodaqların çatlaması

Necə hazırlaşmaq: günəş şüaları, tər, duzlu su və ya xlorlu su – dərinin vəziyyətinə mənfi təsir göstərirlər. Ona görə də soyuq havaların gəlməsi ilə dərinin xüsusi qulluğa ehtiyacı olur. Qışda dərinin quru olmaması üçün onu daha öncədən hazırla. İndidən dərinə skrabdan istifadə etdikdən sonra nəmləndirici krem vur. Biz sənə NovAge kapsullarından istifadə etməyi tövsiyə edirik – onların tərkibində dərini hamar və parıltı edən altı müxtəlif təbii yağ mövcuddur. Həmçinin dərinin gündüz kreminə ehtiyacı olacaq.

Dodaqlarının da xüsusi qulluğa ehtiyacı var. Dodaqlarında quruluq hiss edən kimi - nəmləndirici balzamdan istifadə et
. Unutma ki, dodaqlarının təbii müdafiə qatı yoxdur və məhz ona görə dodaqlarının qeydinə qal. 

MAKİYAJ
Nədən qaçmaq: axmış və ya yayılmış kosmetika

Necə hazırlaşmaq: havaların soyuqlaması ilə biz daha çox qalın geyimlər geyməyə başlayırıq. İsti palto, şərflər və əlcəklər bizi şaxtadan qorusa da makiyajımızı korlaya bilir. Bununla nə etmək olar? 

İlk öncə sənə mineral kirşan lazımdır. O makiyajı olduğu kimi saxlayaraq yayılmadan müdafiə edir.  Həmçinin şaftalı havada göz makiyajını yaymamaq üçün tuşu suyadavamlı tuşa dəyişmək də düzgün olar. 

SAÇLAR
Nədən qaçmaq: elektrikləşmə və korlanmış saç düzümü

Necə hazırlaşmaq: qış – saçlar üçün əsl dəhşətdir. Sən papaq geydikdə saçların başına yapışır, geymədikdə isə məktəb fizika dərslərinin eksponatına çevrilir. Nəticədə heç biri cəlbedici görünmür.  

papaqdan istifadə edirsənsə, saçların həcminin qeydinə qalmalısan. Saçlarını qurutmamışdan öncə nəm saçlara mus vur. Həmçinin saçlarının ucluqlarına həcm üçün sprey istifadə edə bilərsən. 

Əgər papaqdan istifadə etmirsənsə, onda saçların elektriklənməsinin qarşısını almağa hazır olur. Bunun üçün saçlarını yuduqdan sonra kondisionerdən istifadə et və saçlarını bir qədər nəm saxlayaraq tam quruyana qədər qurutma.Həmçinin darağın metala dəyişməsi də vəziyyətdən çıxış yoludur. 


Mətn: Şəkil: Getty Images, Kristine Wreyford