Gözəllik qaydası: dəriyə qulluq vasitələrindən necə istifadə etmək

Beləliklə sən büyün kompleks qulluq dıstini yığmısan: təmizləyici vasitə, tonik, zərdab, gözətrafı dəri üçün krem və nəmləndirici vasitə. Ancaq sən onlardan düzgün istifadə edə bilirsənmi? Hər ehtimala qarşı onlardan necə istifadə etmək barədə danışacayıq.

TƏMİZLƏYİCİ VASİTƏ 

Как правильно наносить средства по уходуDüşünürsunuz ki, üzü yumaqdan asan heç nə yoxdu? Ovcunun içində təmizləyici geli yayaraq nəm dəriyə çək. Burnun üst nahiyyəsindən başlayaraq üzün yanlarına doğru hərəkət et. Barmaqların incə hərəkətilə yanaqları, alnı dairəvi hərəkətlərlə masaj et. Bu nəinki makiyajın üzdən yaxşı təmizlənməsinə, hətta linfa axınını yaxşılaşdırmağa kömək edir. Həmçinin barmaq ucluqlarıyla burun nahoyyəsini və alının saçlara doğru hissəsini yaxşıca masaj et, sonunda bu zonalarda həssaslığın yaranmaması üçün suyla yaxşıca yu. Təmizləyici vasitəni iliq su ilə ( qaynar su ilə olmaz) yu və ya muslin salfetlə təmizlə. Boyun hissəsini də unutma. 

DƏRİNDƏN TƏMİZLƏMƏ
Əgər sən üz dərisini təmizləmək üçün üz dərisini təmizləyən cihazdan istifadə edirsənsə, ilk öncə cihazın başlığını isladaraq üzərinə təmizləyici gel çək. Lazımi rejimi seçərək cihazı işə sal. Dairəvi hərəkətlərlə üz dərisinin hər bir hissəsini müəyyən vaxt zamanında təmizlə: 20 saniyə – alın, 10 saniyə – hər bir yanaq, 20 saniyə – çənə və buxaq hisəsi. Təmizləmə zamanı cihazı bir qədər üzə sıxaraq daha dərin təmizlənməyə nail ol. Sən T-zonasını təmizləyərək nəticəni artıra bilərsən. Göz ətrafı dəriyə istifadə etmə! Tonikdən istifadə etməmişdən öncə üzünü yaxşıca təmizlə. 


TONİK
Tonikin təsirini artırmaq üçün onu təmizləyici vasitədən istifadə etdikdən dərhal sonra istifadə et. Tərkibində spirt olan toniklərdən istifadə etmə, onlar dərini qurudaraq üzdə səpkilər və qızartı əmələ gətirirlər. Spirtsiz toniki pambıq diskin üzərinə çəkərək dairəvi hərəkətlərlə üzə yay. Növbəti mərhələyə keçməmişdən öncə tonikin üzdə tam qurumasını gözlə.

GÖZƏTRAFI DƏRİ ÜÇÜN KREM

Gözətrafı rərinin aşağı hissəsi xüsusi qulluğa ehtiyac duyur. Bir qədər gözətrafı dəri üçün krem götürərək gözün ətrafına barmağın ucu ilə incə hərəkətlərlə çək. Qətiyyən kremi dəriyə sürtmə və dərini dartma, bu halda sən gözətrafı dərini daha da korlaya bilərsən. Kremin kirpiklərə yayılmasından qaçş bu hərici qıcıqlandıraraq qızartı əmələ gətirə bilər. Əgər sənin gözətrafı kreminin diyircəkli aplikatoru varsa, onda onun köməkliyi ilə gözün qıraq hissəsindən burun nahiyyəsinə doğru hərəkət et. 




"Kremi soyuducuda saxlasan, səhər sənin dərini təravətləndirən və sərinləşdirən vasitə göləyəcək".

ZƏRDAB
Zərdabı ovcunda tənzimləyərək üzünə sıx, bu zaman üz dərisində qan dövranı yaxşılaşaraq vasitınin dəriyə daha yaxşı hopmasına kömək olur. Əgər boyun nahiyyəsindəki dərinin sallanmasını istəmirsənsə, onda zərdabı boğaz nahiyyəsində aşağıdan yuxarıya əllərin sürüşkən hərəkəti ilə çəkmək lazımdır. Zərdabın strukturu daha çox sulu olduğundan, onu mütləq olaraq tonikdən sonra çəkmək lazımdır. Ancaq mütləq olaraq gündüz və ya gecə kremindən öncə istifadə etməlisiniz. Zərdabın dəridə quruması üçün 10 saniyə belə kifayət edir. 


GÜNÜZ VƏ GECƏ KREMİ
Gündüzgecə kremini üzünə bacardığın qədər eyni miqdarda çək. Bununla yanaşı dərini aşağı çəkmə, əksinə kremi uzunə daha yaxşı hopturmaq üçün dairəvi hərəkətlərlə aşağı və yuxarı doğru hərəkət edərək eyni miqdarda bütün üz boyu çək. Həmçinin kremi çəkdikdə massaj hərətləri ilə də bunu edə bilərsən. Gözətrafı dəriyə kremi istifadə etmə. Gözətrafı krem üçün xüsusi vasitə mövcüddur.



Mətn: