1. DÜZGÜN TUŞ SEÇİMİ
«Əla şotka», «rəfiqəmdə beləsi var», «reklamda göstərdilər» — sənə uyğun olmayan tuşu seçmək üçün üsullar bununla bitmir. Kirpiklərini diqqətlə gözdən keçir və məhz sənə uyğun effekti olan tuşu seç. Nazik kirpiklər üçün həcm, qısa və narın tüklü kirpiklər üçün uzadılma, düz kirpiklər üçün burulma effekti verən tuşlar. Bu göründüyündən daha asandı: xanımların özünə uyğun tuşu seçə bilməsi üçün tuşlar haqda bələdçi hazırladıq.
2. KİRPİKLƏRİN BURULMASI
Kirpiklərin təbiətcə buruqdursa, yenə də burulma üçün maşanı istifadə etməyi tövsiyə edirik. Kirpiklərinə heç nə olmayacaq! Uğurun sirri düzgün texnikadadır. Bir hərəkətə burulma effektini yaratmağa çalışma - əvəzində bir neçə hərəkətlə kirpiklərin kökündən uclarınadək maşanı istifadə et və azca sıx.
3. PRAYMERİ İSTİFADƏ ET
İnan ki, sevdiyin tuşun nəyə qadir olduğunu onu praymerə çəkmədikcə bilməyəcəksən. Bu əlavə addım bir neçə saniyə vaxt tələb edir, amma effektini nəzərə alaraq deyə bilərik ki, buna dəyər - baza həcm verəcək və kirpiklər üçün qoruyucu lay olacaq və qidalandırıcı komponentlərin vasitəsilə gün ərzində kirpiklərinin qayğısına qalacaq. Tuşun daha bərabər yayılacağının və bütün günü qalacağının şahidi olacaqsan.
4. DÜZGÜN QAYDADA ÇƏK
Bazanın qurumasını gözləmə və dərhal tuşu çək və beləliklə praymerin ağ piqmenti gözə çarpmayacaq. Yavaş və səliqə ilə hərəkət et: şotkanı kirpiklərin kökünə sıx və yüngül dolanbac hərəkətlərlə uclarınadək boya. İstədiyin effektə nail olmayınca təkrarla. Göz qapağının çirklənməməsi üçün kirpiklərin altına xüsusi trafaret yerləşdirə bilərsən.
5. DÜZGÜN QAYDADA SİL
Hər tuşa makiyajın silinməsi üçün düzgün vasitə seç, əks halda makiyaj ilə birgə kirpikləri də silmək riski yaranır. Adisini gel, süd və ya misellar su ilə sil, suyadavamlını yağ əsasında hazırlanmış iki fazalı vasitə ilə, nəmədavamlını adi ilıq sudan başqa heç bir digər vasitə ilə silmək olmaz. Makiyajı sildikdən sonra əlavə qidalanma və güclənmə üçün gel-kondisioneri çək, çünki istənilən tuş sağlam, qulluqlu kirpiklərə daha asanlıqla çəkilə bilir.