Mono göz qapağı
Mono göz qapağı Şərq tipli gözlərə xasdır - ölçü etibarilə kiçik, gözlər açıq olduqda yuxarı göz qapağı tamamilə hərəkətli göz qapağını örtür. Biz bu tip gözləri oxlarla vurulamağı tövsiyə edirik. Tünd rəngli maye göz qələmi ilə yuxarı kirpiklərin çıxma xəttini vurğula və xətti kənarlara çıxart. Daha geniş açılmış, yumru göz effekti yaratmaq üçün oxları yuxarıya doğru əyərək qaşlara qədər apar.
Yumru gözlər
Göz ağı bütün göz bəbəyi ətrafında göründükdə belə gözlər yumru hesab olunur. Belə gözlərin uzanmasına ehtiyac vardır.
Yuxarı kirpikləri maye göz qələmi ilə vurğula və xarici küncdə kiçik ox çək. Maksimal effekt üçün aşağı göz qapağına toxunma.
Sallaq göz qapaqları
Ağır yuxarı göz qapağını vizual olaraq kiçiltmək üçün aşağı kirpik xəttini neytral çalarla vurğula - biz tunc və şokolad tonlarına üstünlük veririk. Lakin göz qapağının daxili xəttini vurğulama, çünki bu sənin gözlərini vizual olaraq kiçildəcək.
Uzunluq bəxş edən və buran tuşun köməyilə açıq gözlər effekti yarat.
Badam gözlər
Badam formalı simmetrik gözlər makiyaj baxımından ən universal gözlərdir. Onların xoşbəxt sahibləri istənilən meyk-ap edə bilərlər və o orijinal görünəcək. Lakin klassik tünd "smoki ays" xusüsilə effektli görünəcək.
Gözləri üfiqi və şaquli istiqamətlərdə böyütmək üçün qaş sümüyünə haylayter çək, sonra tünd kölgələri göz qapağından xarici künclərə doğru və yuxarıya yay.
Aşağı sallanan gözlər
Aşağıya doğru sallanan gözləri düzəltməyin ən yaxşı üsulu orta ölçülü oxlar çəkməkdir. Hərəkətli göz qapağının bükmə hissəsinə açıq rəngli kölgələr çək və gözün formasını balanslaşdırmaq üçün yuxarına doğru yay. Sonra daha tünd çalarla oxlar yuxarıya doğru qaldıraraq çək, bu gözlərin xarici küncünü vizual olaraq yuxarı qaldıracaq.
Məsləhət: gözlərin üstünü vurğulamaq üçün qaş sümüyünə haylayter çək.