09.00
Nəqliyyatdan sonra saçlardan yağlı saç effektini götürmək bir qədər quru şampun əla variantdır. Ancaq əksinə saçların şişən saçlardısa onda özünlə saç zərdabı gəzdir. Bir qədər zərdab saçlarının şişkinliyini azaldacaq və artıq saçları sığallayaraq səliqəyə salacaq.
10.00
Bütün iş günü ərzində sən klaviaturada çap edir, telefona cavab verir, yazı yazırsan. Bu həllə əllə görülən işlərin bir hissəsidir. Əllərinin gözəlliyini qorumaq üçün antibakterial gel və qidalandırıcı kremlərdən istifadə etməyi unutma!
11.00
Kondisioner və ya mərkəzləşdirilmiş hava sistemi dərini qurudur, qaşınma və səpkilər verərək parlaqlığı azaldır. Sadə həll – üz dərisini dərhal nəmləndirən və təravətləndirən spreydən istifadə edərək dərinə sağlam görünüş bəxş et. Həmçinin o dərini çox təravətləndirir.
12.00
Ofisin havası nəinki üz dərisinə, həmçinin dodaqlara da təsir edərək onları qurudur. Tərkibində Şi yağı olan keyfiyyətli dodaq balzamı dodaqların qurumasının qarşısını alacaq. Onu gün ərzində ehtiyac olduğu qədər çək.
13.00
Nahardan sonra dişləri təmizləmək üçün saqqız çeynəmək heç də yaxşı ideya deyil. Diş məcunu və fırçadan istifadə etsın daha yaxşı olar.
14.00
Üz dərin tez yağlanmağa meyillidirsə və üzü yumağa imkanın yoxdursa yağlılığı aradan qaldırmaq üçün donuqlaşdırıcı quruducu salfetlərdən istifadə et. Bu cür salfetlər nəinki yağlılığı, həmçinin çirki də aradan qaldıracaq. Həmçinin üz dərisindəki qüsurları gizlətmək üçün özünlə konsiler gəzdir.
15.00
Bəlkə bir qədər qəhvə içək? Saat üç üçün artıq gözlərin yorğun görünür? Gün ərzində kompyüterin monitoruna baxmaqdan gözlər çox yorulur. Nəyə görə də kofeini daxilə deyil, krem şəklində gözətrafına çəkməyəsən? Kofein tərkibli kremləri soyuducuda saxladıqda (əgər ofis şəraiti buna imkan verirsə) effekt daha güclü olar.
16.00
İş gününün sonuna yaxın makiyajı tamamilə yeniləməyə ehtiyac yoxdur. Lakin sən hər halda bunu etmək istəsən, bir-neçə addım sənə yeni edilmiş makiyaj effekti verəcək. Əvvəlcə kirpiklərini bur. Daha sonra gözlərinin daxili hissəsinə bir qədər haylayter çək. Həmçinin haylayteri bir qədər almacıq sümüyünə də çəkə bilərsən. Bu sənə dərhal təravətli makiyaj effekti verəcək.
17.00
Əgər iş saatlarından sonra səni dostlarınla əyləncəli axşam gözləyirsə, bütün kosmetik çantanı özünlə ofisə aparmağa ehtiyac yoxdur: bir qədər sevimli dodaq boyan və ətir – artıq əyləncəyə hazırsan!