2. Saçını çox isti suyla yuma, su nə qədər isti olarsa rəngi bir o qədər tez yuyar.
3.Xüsusi olaraq rənglənmiş saçlar üçün nəzərdə tutulmuş şampun və kondisionerdən istifadə et, onları solmağa qoyma. Hər həftə istifadə olunan maska saçları nəmləndirərək rəngini saxlayır.
4.Əgər rənglənmiş saçlar təbii saçından çox fərqlənirsə inda hər üç, dörd həftədən bir saç köklərini rənglə. Ancaq öz təbii saç rəngində saçları rəngləyirsənsə onda bu müddət 6 həftəyə qədər uzana bilər.
5.Əgər sən saçlarını ev şəraitində rəngləyirsənsə onda rənglənməyə saç diblərindən başla, yumağa 10 dəqiqə qalmış isə saç ortasını və uclarını rənglə.
6. Hər bir-neçə ayda saçların ucları kəsdir. Çünki saçların nə qədər sağlam olarsa rəng də bir o qədər çox qalar.
7.Saç uclarına xüsusi fikir verərək nəmləndirici zərdabdan istifadə et. Arqan yağı və təbii ayıpəncəyi yağı saşlarına lazımsız yağ verməyərək onları qidalandırı və parıltı verir.
8.Saçı yandıra biləcək vasitələrdən istifadə etmə. Əgər fendə istifadə etməməyin mümkün deyilsə onda saçlarına qoruyucu sprey çək.
9. Günəş şüalarından qaç. Ultrabənövşəyi şüalar dəridə olduğu kimi saçların da əsas düşmənidir. Əgər gün altında olmağa məcbursansa onda papaqdan istifadə et.