Qulluq haqqında əfsanələri dağıdırıq

Gözəllik və dəriyə qulluq – politika və tibb kimidir: hər kəs düşünür ki, digərlərində daha yaxşı bilir. Lakin bu belədirmi? Qulluq haqqında 9 məhşur əfsanəni dağıdırıq.

1. ÜZ DƏRİN YAĞLIDIRSA, DEMƏK YAĞLARDAN İSTİFADƏ EDƏ BİLMƏZSƏN
Bu belə deyil. Yağlı dəriyə sahib olanlar çox vaxt onu qurutmaq üçün aqressiv məhsullardan istifadə edirlər. Bu da nəticədə dəri qurumasına gətirib çıxarır! Nəticə etibarilə dərin daha çox sebum ifraz edəcək, bu da sızanaq və səpkiləri əmələ gətirəcək. Əsas öz dərinə uyğun vasitələrdən istifadə etməkdir. 

2. YAŞLA ƏLAQƏDAR YARANAN PİQMENT LƏKƏLƏRİ QARŞISIALINMAZDIR
"Yaşla əlaqədar piqment ləkələrinin" yaranmasının çox səbəbi var. Bura genetika, hormonal dəyişikliklər, günəşin zərərli şüaları və əlbəttə ki, yaşdır. Yaş piqmentlərindən ən yaxşı qoruyucu SPF tərkibli vasitələrdir və yaş əleyhinə məhsullardan istifadə etməkdir.

3. BAHALI MƏHSULLAR UCUZLARINDAN DAHA EFFEKTLİDİR
Məhsulun effektliliyi üçün formul və tərkib ən vacib məslədir. Bəzi məhsulların istehsalı üçün kifayət qədər pul xərclənir. Bu da məhsulun qiymətinin artmasına səbəb olur. Məsələn Fairtrade məhsullarının qiymətini tək işçilərin əmək haqqı olaraq çox pul hesablanır. Belə məhsul yaxşıdırmı, yoxsa onun əvəzedicisini almaq olar?Hər şey onun tərkib və formulundan asılıdır. Digər eyni bərabər məhsullarda da bu örinsip keçərlidirmi? Bizim Oriflame olaraq düşünürük ki, bəli. 

4. SAÇLARINI NƏ QƏDƏR TEZ-TEZ KƏSDİRƏRSƏNSƏ, BİR O QƏDƏR TEZ UZANARLAR
Ümumiyyətlə, yox. Saçlar kökdən uzanlr. Saçlar gec kəsildikdə, saç ucluqlarına saçqıran düşərək onları baxımsız və cansız görsədir. Məhz saç düzümünün gözəl olması üçün saçları tez-tez kəsdirmək lazımdır. Lakin saçların tez uzanmasının buna aidiyyatı yoxdur. 

5. MƏHSUL ÜZ DƏRİNİ YANDIDIRSA DEMƏK İŞLƏYİR
Əgər məhsul üz dərisini yandırırsa, bu bir şey deməkdir: sənin dərin qıcıqlanıb və məhsulu dərhal üzündən yumalısan!

6. QULLUQ VASİTƏLƏRİ YAŞA UYĞUN SEÇİLMƏLİDİR
Qulluq vasitələri sənin üz dərinə xarakterik olan problemlərə uyğun seçilməlidir.Müxtəlif millətlərin qadınlarında üzdə olan problem müxtəlif olur.  Digər əsas cəhət - üz dərinin tipidir. Məsələn 20 yaşlı yağlı dəri sahibi olan 20 yaşlı quru dəriyə sahib olanla eyni məhsullardan istifadə etməməlidir. 

7. DƏRİ QURULUĞUNDAN QURTULMAQ ÜÇÜN ÇOX SU İÇMƏK LAZIMDIR
Çox su içmək əlbəttə ki, ümumi orqanizminizin sağlamlığı və dərinizin vəziyyəti üçün əla təsir göstərir. Lakin çox su qəbul edərək, onun üz dərinizin quruluğunun aradan qaldırılması fikri düzgün deyil. Nəmləndirici krem, losyon və yağlar bu problemlə daha yaxşı mübarizə aparır. 
 
8. MƏHSULUN TONUNU ÖYRƏNMƏK ÜÇÜN BİLƏYƏ SÜRTMƏK
Yalnız dəri tonunuzun çox açıq olduğu halda buu edə bilərsiz. Bilək dərisi üz dərisinə nizbətən daha açıqdır. Ona görə də vasitə tonunu öyrənmək üçün onu çənə hissəsində sınaqdan keçirsəz daha yaxşı olar. 

9. MƏSAMƏLƏRİ DARALDA BİLƏRSƏN
Məsamələri nə kiçildə, nə də böyüdə bilməzsən, onlar əzələdən təşkil olunmadığı üçün ölçü dəyişikliyi də oluna bilməz. Sən üz dərini çirkdən təmizləyə bilərsən. Nəticədə məsamələr daha az nəzərə çarpan olacaq. Üz üçün təmizləyici cihazdan istifadə etsən, nəticə daha güclü olar. 












Mətn: Şəkil: Shutterstock