Hörüyüm uzan: saçların tez uzanmasının yeddi qaydası

Bəlkə də bu yay sən də möcüzəli maniyanın əsrinə çevrilərək saçlarını qısa kəsdirmisən və indi isə buna peşman olmusan. Bilirsənmi ki, saçın uzanma prosesini tezləşdirmək mümkündür.

1. Təmizlik – sağlamlığın təminatıdır! 

Çirk və saç düzümündə istifadə etdiyimiz vasitələr saç follikullarını bağlayaraq onun uzanmasını yavaşıda bilər. Bunun baş verməməsi üçün bir müddət saçlarına istirahət verərək  staylinq məhsullardan istifadə etmə.

2. Düzgün şampundan istifadə et

Əksər şampunlar çirk və saç düzümündə istifadə etdiyiniz məhsulların təmizlənməsinin öhtəsindən yaxşı gəlir. Lakin düzgün seçim etməsən və ya saçlarını tələb olunduğundan daha tez-tez yusan saçlarına yumşaqlıq və sağlam görünüş verən nazik yağ qatını məhv etmiş olacaqsan. Bəs nə etmək olar? Biz sənin saçlarının qeydinə qalaraq onları bərpaedəcək şampundan istifadə etməyi tövsiyə edirik. 


3. Həmişə saç kondisionerindən istifadə et!

Saç boyaları və isti fenlər tədricən saçlarının, xüsusilə də saç ucluqlarını korlayır. Bu problemi aradan qaldırmaq üçün hər dəfə saçlarını yuduqda kondisionerdən istifadə et. Kondisioner kutikulları bağlayaraq saçları müdafiə edir.  

4. Maska et 

Saçlarını uzatmaq qərarına gəlmisənsə, bil ki, saç ucluqlarının xüsusi qulluğa ehtiyacı olacaq. Artıq adi kondisionerlə iş bitmir. Əlbəttə ki, saç ucluqlarının sağlam olması üçün mütəmadi olaraq kəsmək lazımdır, yalnız sən bu cür radikal üsullardan istifadə etmək istımirsənsə həftədə bir dəfə maskadan istifadə et və saç ucluqlarına yağ çək. 

5. Yastıq üzünü dəyiş 

Əgər sən pambıq yastıq üzündən istifadə edirsənsə, onu  satin materiala dəyiş. Çünki satin parça daha yumuşaq olaraq gecə saçlarının daha az sürtülməsini təmin edir. Həmçinin səhər yuxudan oyandıqda saçlarının əvvəlkindən daha az qarışıq olduöunun şahidi olacaqsan. 


6. Pəhrizi də unutma

Saçlarının uzanması üçün orqanizmin qidalandırıcı vasitələr, B vitamini qrupu, sink və zülala ehtiyacı olur. Biz başa düşürük ki, belə pəhrizə əməl etmək elə də asan iş deyil. Məhz ona görə də sizə saçların uzanması üçün hazırlanan vitamin əlavələri qəbul etməyi tövsiyə edirik.

7. Məsələyə real baxın

Və sonunda. Hətta təlimatların hamısına əməl etsəz belə, əlbəttə ki, saçların bir gecəyə çiyindən belə qədər uzanması mümkün deyil. Son tətqiqatlar göstərir ki, saç uzanması  Avropa ölkələri nümayəndələrində il ərzində 13 santimetr, Asiya ölkələri nümayəndələri üçün isə 15 santimetr təşkil edir. 

 


Mətn: Şəkil: Getty Images