1. Dəridə günəş
İtalyan qadınları haqqında düşünərkən ağlımıza gələn ilk fikir — gözəl və günəş öpüşlü dəri. Sən də belə dəri arzusundasan? Dəyişilməyə ultramaye tonal əsasdan başlayaraq qüsursuzdəri tonu yarat. Daha sonra dəriyə isti çalar bəxş etmək üçün almacıq, burun, alın və çənə nahiyyələrinə bronzer istifadə et. ( bəli-bəli, italyan qadınları da bu cür edir!). Yerigəlmişkən, bilirdinmi ki, Giordani Gold diyircəkli ənliyi İtalyada əllə hazırlanır?
2. Özləri haqqında danışırlar
İtalyanlar özləri haqqında danışmağı çox sevirlər. Çox danışmaq. Xüsusilə də dadlı pasta və ya espresso içə-içə. Ona görə də dodaq boyası dolğun rəngli, kifayət qədər qalıcı və UV-müdafiə faktoruna malik olmalıdır. Rəngə qaldıqda isə — özün seçməlisən, nə qədər əlvan olarsa, bir o qədər yaxşıdır!
3. Yaxşı oynayır
Qızıl qaralmış dəri rənginə gözəl bronz çaları verərək tərzini "isidir". Qızıl - saat, bəzək, çanta, hətta ətir ola bilər! Portağal çiçəyi ətirli Giordani Gold Essenza parfüm suyu hisslərini oyadaraq dəbdəbə yaradacaq. Bilirdinmi ki, flakonun qapağında 24-karatlıq qızıl mövcüddur? Təəccüblü deyil ki, biz hər iyirmi dörd saat ərzində mindən çox flakon satırıq.
4. Qəlbin güzgüsü
Çətin ki, Roma və ya Milan küçələrində eynəksiz gəzən qadını tapasan. İri ölçülü eynək modelləinin aktuallığına baxmayaraq heç bir italyan qadını makiyaja etinasız yanaşmır. Klassikanı seç və mütləq kirpiklər üçün tuşdan, həmçinin maye göz qələmindən istifadə et.
5. Orda və burda
İtalyanlar — ekspressiv insanlardır, hətta onların saçları da bunu təstiq edir. Xöşbəxtlikdən səliqəsiz saç düzümü dəbin pikindədir. Güzgüdən istifadə etməyərək saçlarını barmaqlarınla dara — bizə inan, bununla da həqiqi italyan tərzinə nail olacaqsan.
6. Bella figura
«Bella figura» anlamı italyan dilindən tərcümədə ideal bədən quruluşu deməkdir. Bu da italyan qadınlarını gözəl və özünə əmin edən amillərdən biridir. Bu özünü təkəbbür olmayan eleqantlıq cazibədarlıq və özünü sevməkdir. Heç də çətin olmayan vərdişlər sənin italyan tərzi və öz obrazında köməklik edəcək.
7. La dolce vita
Necə gözəl yaşamaq olar? Yəqin ki, italyanlar bu xasiyyəti tam və mükəmməl öyrəniblər. Bunun sirri sadədir: yeməyi doğmaların və ya dostlarınla ye, çünki bu səni özünü xöşbəxt hiss etməyə vadar edəcək. Sofi Loren demişkən: "Gözəllik – gözlərində əks olunan əhvalındı". Gözəlliyi tək makiyajla yaratmaq mümkün deyil, çünki o bir həyat tərzidir!