SƏNƏ LAZIM OLACAQ:
Makiyaj öncəsi əsas və bronzerXaylayter
Fırçalar(нет ничего важнее растушевки!)
Qaşlar üçün dəst və həcm verici tuş
Həcmli fırça və öz dəri tonundan iki ton tünd donuq bronzer və ya əsas götürərək , almacıq sümüyünün altından yanaqların ortasından keçərək qulaqlara qədər xətt apar. Onu yay və xaylayteri yanaqlara çək
Bizim videodərsimizə baxaraq makiyaj texnikasının detalları ilə daha yaxından tanış olun.
2. DƏQİQ XƏTLƏR
Həcmli fırça götürərək dəqiqliyi artırmaq üçün bronzeri bütün almacığa çək. Daha tünd rəng isə buxaq hissəyə çək və rəngi yanaqlara doğru apararaq yay.
3. NAZİK BURUNBurnu vizual nazik etmək üçün tünd kirşan və ya əsası hər iki tərəfdən burnun qıraqlarına çəkin. Daha sonra xaylayteri burnun ortasına çək. Makyaj üçün fırça ilə yay. Bir-neçə saniyə - və sənin burnun daha incə oldu
Bizim burnun konturlanması haqda ətraflı təlimatı oxuyun.
4. STROBİNQStrobinq texnikasında xaylayter üzün mərkəz hissəsinin daha incə görünməyində istifadə olunur. Bu nəticəyə nail olmaq üçün sənə xaylayteri alına, burnun yuxarı hissəsinə və dodağın yuxarı hissəsinə çəkmək lazımdır.
5.
VURĞULANMIŞ QAŞLAR
Həcmli qaşlar – yumru formalı üz sahiblərinə mükəmməl uyğun gəlir. Lakin qaşların nazikdirsə onda onları daha həcimli etmək üçün qaş üçün kirşandan istifadə et. Həmçinin lazım olan hissələri qaş geli ilə tamamlaya bilərsiz. Bu sənin göz və qaşlarına olan diqqəti artıracaq.
6. GÖZLƏRİ VURĞULA
Tünd dodaq boyası dodaqları vizual olaraq daha kiçik edərək üzü daha kök görsədir.Ona görə də əks nəticə almaq üçün daha çox gözləri vurğulamaq lazımdır. Maye göz-kölgəsi və tuş ( məsələn The ONE tuşu ) – gözləri vurğulamaq üçün mükəmməl vasitədir.