KİRPİKLƏR ÜÇÜN TUŞ: 6 PROFESSİONAL FƏND

Klassik tuş çəkmə (daxili kirpiklərdən xarici kirpiklərə qədər), universal metod olsa da, heç də yeganə metod deyil. Çoxlu yeniliklər öyrənməyə hazır ol: altı yeni fənd öyrənəcəyik

1. BUR

Uzun və burulmuş kirpiklər xoşuna gəlir? Onda tuşu kirpiklərər bir dəfəyə çəkmək lazım deyil. İlk öncə tuş fırçasını önə və qabağa doğru hərəkətlər edərək yalnız kirpiklərin köklərinə çək. Daha sonra kirpiklərinin ucluqlarını çək. 

2. ŞAQULİ TUT

Daha çox təbii tərz yaratmaq istəyirsən? Edəcəyin bir şey - fırçanı şaquli tutmaqdır. Fırçanın ucundan istifadə edərək bütün kirpiklər boyunca çək. Bir anda uzun və təbii görünən kirpiklər!

3. ƏSAS ORTALARINA DİQQƏT YETİR
İri göz effektinə malik olmaq üçün fikrində kirpiklərini üç yerə böl. Əsas orta hissəyə diqqət yetir. Orta kirpiklərinə aşağıdan yuxarıya doğru tuş çək. Ani nəticə!

4. DİOQONAL ÇƏK
Gözləri iri görsətməyin daha bir yolu – kirpikləri kökündən ucunu deyil, əksinə, fırçanı yanakı tutaraq dioqonal formada çəkməkdir. Sonunda göz ucluqlarına da tuş çəkməyi unutma. 

5. EYNİ ZAMANDA OYUN SEANSI
İri həcmli kirpiklər və geniş baxışlar yaratmaq heç də çətin deyil! Bu makiyajı həmçinin "hörümçək pəncəsi" də adlandırırlar: qalın çəkilmiş və bir-birinə yapışmış kirpiklər. Necə etmək? Kirpiklərini bir neçə qat tuş çək və onları bir-biriləri ilə makkaşın köməyilə birləşdir. 

6. 100% MÜMKÜNLÜK
Göz qıraqlarındakı kirpiklərə tuş çəkməkdə çətinlik çəkirsiz? Səliqə ilə tuşun fırçasını bir qədər bur. Artıq rahatlıqla tuşu çəkə bilərsiniz. Lakin onu da biləməyin vacibdir ki, fırçanı əvvəlki vəziyyətinə gətirmək mümkün deyil. Ona görə də fırçanı əyməmişdən öncə düşün və ya iki dənə fırçadan istifadə et. 



Mətn: Şəkil: Getty Images