Yeni ildə gözəllik və sağlamlıq: beş prinsip

Cavanlığın saxlanılması, gözəllik və sağlamlıq üçün dəyişilməz olan qaydalar haqqında hamı bilir. Çoxlu maye qəbul etmək , nəmləndirici vasitələrdən istifadə etmək və.s. Bir necə heç də məhşur olmayan, lakin kifayət qədər vacib adətlərdən danışacayıq.

1. KOMPLEKS QULLUQ

Əgər hələ də kompleks qulluq qaydalarına əməl etmirsənsə, Yeni il tətilləri – bu qaydalara başlamaq üçün əsl vaxtdır! Qaydalar çox sadədir, onların effektliliyi kliniki cəhətdən sübut olunmuşdur.  Həmçinin Orifleymin üz dərisinə qulluq vasitələrində istənilən yaş dövrü üçün vasitələr mövcüddur. Üz dərisinə kompleks qulluq iki dəqiqədən artıq vaxt aparmır və növbəti mərhələlərdən ibarətdir: təmizləmə, göz dərisinə qulluq, aktivasiya (zərdab istifadə etmək) və əsas qulluq (günüz və gecə kremi). Artıq bu gün başla, nəticə özünü çox gözlətməyəcək.

Tövsiyə edirik: NovAge Ecollagen 


2. ÇİRKDƏN MÜDAFİƏ

Dərini ultrabənövşəyi şüaların zərərli təsirindən bütün gün ərzində qorumaq lazımdır. Lakin günəş şüaları – dərinin yeganə problemi deyillər. Vaxtından əvvəl yaranan yaşlanma əlamətləri – qırışlar, qeyri-bərabər dəri tonu və piqment ləkələrin yaranması – ətraf aləmin şirkindən də əmələ gəlir. Bu yeni il gecəsində özünə dərin üçün daha universal vasitələrdən istifadə edəcəyinə söz ver.

Tövsiyə edirik: NovAge Day Shield SPF30 


3. DAXİLDƏN GÖZƏLLİK

Yeni ildə “daxildən gözəllik” anlayışı yeni anlamlarla bağlıdır! Dəri üçün istifadə olunan məhsulların keyfiyyətli olması çox vacibdir, lakin ondan da vacib orqanizmin lazimi minerallar və vitaminlərlə zəngin olması və sağlam olmasıdır. Onlar dərini elastiklilik və lazımi su balansı ilə təmin edir və ultrabənövşəyi şüalardan qoruyaraq qırışların əmələ gəlməsinin qarşısını alır.

Tövsiyə edirik: İsveç byuti-kompleksi Plus

4. SAĞLAM YUXU

Dəri sağlamlığı üçün gün ərzində səkkiz saat yatmaq mütləqdir. Bu saatlar ərzində dərin yenilənmə və ölmüş hüceyrələrin təmizlənməsi ilə məşğul olur. Məhz ona görə də dərinə maksimal olaraq köməklik etməlisən. Gecə qulluğu üçün nəzərdə tutulmuş xüsusi vasitələrdən – məsələn gecə kremlərindən istifadə etdikdə bu prosesi daha effektli edə bilərsən. Həmçinin dərhal effektli nəticə əldə etmək üçün maskalardan istifadə edə bilərsən. 


5. DAİMİLİK

Qulluğun əsas qaydası: daimilikdir. Gözəlliyin və cavanlığın üçün qoyduğun sərmaye nə qədər zəngin olarsa nəticə bir o qədər gözəçarpan olar. Yaş mərhələlərinə görə hansı problemlərin meydana gələ biləcəyini öyrən və məhz onların qarşısını almaq üçün qulluq vasitələri istifadə et. Keyfiyyətdə qənaət etmə və gələcəkdə buna görə yalnız özünə minnətdar olacaqsan. 

 




Mətn: Şəkil: Anna Mårtensson & Getty Images