Şəfəq saçan dəri üçün 5 məsləhət

Payızın gəlməyilə səni dərin xüsusi qulluq tələb edir: o günəş şüalarndan sonra bərpa olunub soyuğa hazır olmalıdır. Bizim məsləhətlər dərinin fəsil dəyişikliyinə hazır olmağa kömək edəcək.

1. ÜZÜN TƏMİZLƏNMƏSİ

Yay günlərindən sonra üz dərisi çox vaxt sərt və solğun olur. Ona görə də bu etapda sənə ən əsası skrab və nəmləndirici vasitə lazımdır. Üz dərisinin təmizlənməsi üçün istifadə olunan cihaz (məsələn, SkinPro) üzdəki çirki və ölü hüceyrələri yox edərək istifadə olunan nəmləndirici vasitənin məsamələrə hopmasını daha da yaxşılaşdıraraq, üz dərisini daha da parlaq edir.


2. ƏL ÜÇÜN KREM

Biz çox vaxt əllərə qulluğu unuduruq. Ancaq onlar da üz dərisi kimi ətraf-aləmin təsirinə məruz qalır. Payızda əllər quruyur və çatlayır. Ona görə də əl dərisini qidalandıran və yumşaldan müdafiə kremlərindən  məsələn SoftCaress istifadə etmək lazımdır. Yaxşı nəticə almaq üçün bugündən başla.


3. YAĞ ƏSASLI SKRAB
Gün şüaları və hovuzun xlorlu suyu sənin dərini qurudur və qabıq verir. Ona görə də yeni fəsilə pilinqdən başlamaq daha məqsədəuyğun olar.
Yağ əsaslı skrab  ölü hüceyrələri aradan qaldırır, yağ əsası isə dərini yumşaldır. Çalış ki, bu prosedur vərdiş halına keçsin: Həftədə 1 dəfə bunu təkrarla . Çox keçmədən dərinin necə yumuşaq və parıltılı olduğunu görəcəksən.

"Mütəmadi idmanla məşqul olma – sağlam dərinin açarıdır”

4. LOSYİN ƏVƏZİNƏ KREM

Hava quru olduqca sənin dərinə xüsusi yumşaldıcı vasitə lazımdır.  Losyonlar daha isti hava üçün nəzərdə tutulduqlarına görə onu bütün qış boyu dərinizi nəmləndirən və qidalandran kremlə əvəz etməyi məsləhət görürük. Gündəlik kremdən imtina etməyin, məhz o, dəridə effektli baryer yaradaraq nəmliliyi saxlayır.

5. MƏŞQ ET

İdmanla məşqul olmağın ürək, ağciyər və psixikaya nə dərəcədə xeyirli olduğu heç kimə sirr deyil. Ancaq dərinin vəziyyətinin orqanizmə düşən yüklə əlaqəsi olduğunu hər kəs bilmir. Aerobik məşqlər olan qaçış, vellosiped, yaxud rəqs ürək-damar sistemini stimullaşdırır, orqanizmdən zəhərli maddələrin çıxmasına kömək edir. Ona görə də hətta havaların soyuduğu vaxtda belə havada bacardığınız qədər çox vaxt keçirin və məşq edin.

Sanna Franklin

Mətn: Şəkil: Shutterstock