Makiyajın 5 səhvini düzəldirik

Eyni bərabərlikdə olmayan böyük oxlar, düzgün olmayan konturlama, süni görünən qaşlar – bu çətinliklər səni makiyajın hər addımında gözləyə bilər. Onlardan necə qurtulmağı anladacayıq.

Problem: səliqəli oxlar çəkə bilmirəm
Həlli:
skotçdan bir neçə hissə kəs və əlinin üstünə bir-neçə dəfə yapışdır ki, yapışqanlığı azalsın. Daha sonra gozlərinin qıraqlarına yapışdır. İndi skotçun üst xətti boyunca nazik ox çək. Maye qələmin tamamilə qurumasını gözlədikdən sonra skotçu çıxart. Artıq hər şey mükəmməldir! 

Problem: konturlamadan sonra mən klouna bənzəyirəm
Həlli: İlk öncə qeyd edək ki, konturlama professionalların istifadə etdiyi texnikadır. Bu texnikanı bir gecəyə öyrənmək mümkün deyil, onun üçün təcrübə lazımdır. Həmçinin gəlin konturlamanın əsas qaydlarını yada salaq: yaymaq, yaymaq və yenə də yaymaq! Yanaqlar və çənə nahiyyəsinə rəng verici vasitəni çəkdikdən sonra sponju götürərək vasitəni yaymağa başla. Bu qayda həmçininhaylayterə də aiddir – vasitəni çəkdikdən sonra mütləq olaraq onu makiyaj fırçası ilə yaxşıca yay. Əl altında fırça olmadəqda bunu təmiz barmaqlarla da edə bilərsən. 

Problem: hər dəfə kirpiklərinə tuş çəkdikdə asqırıram
Həlli: bu hal ola bilər. Əsas odur ki, asqırdıqdan dərhal sonra üzə dəymiş tuşu silməyəsən. Belə sən yalnız makiyajı korlaya bilərsən. Üzə dəymiş tuşun tamamilə qurumasını gözlə, daha sonra konsiler fırçası ilə onları çıxart. 

Problem: mənim qaşlarım təbii görünmür
Həlli: qalın və cəlbedici qaşlar  – dəbin pikindədir, lakin bu cür effektə malik olmaq heç də asan deyil. Qaşların təbii görünməyi üçün üç əsas səhvdən qaçmaq lazımdır. Birincisi qaçların daxili xəttinə həddən artıq vaxt sərf etmə. O kvadrat formada olmalı deyil! Qaşların təbii uzunluğuna doğru qələmin və ya korekksiya üçün dəstlə qaşları korreksiya et. İkincisi, artıq heç nə çəkmə. Qaşın garda bitməyini öyrənmək üçün burunun yanında göz kənarına qədər xətt çək. Xəttin sonu sənin qaşının bitdiyi nöqtə olmalıdır. Qüsursuz qaşlar bu xətdən kənara çıxmalı deyil. Üçüncüsü isə unutma ki, mükəmməl qaşlar sənin təbii rəngində olmalıdır. 

Problem: burun kənarlarındakı dəri qızarır. 
Həlli:
qayda olaraq burnu tez-tez sildikdə qıraqları qızarır. Çalış bunu etməyəsən. Əminik ki, sən digər bi variant tapacaqsan. Həmçinin burun kənarları dəri temperaturun kəskin aşağı düşdüyü vaxtda da qızara bilər. Bunun üçün sənən düzgün qulluq lazımdır: yumuşaq təmizləyici vasitə, nəmləndirici gündüz kremi və yağ lazımdır. Əgər sadaladığımız qulluq vasitələri belə problemi aradan qaldıra bilmirsə, onda dəri tonuna maksimal yaxın konsiler və kirşandan istifadə et. 







Mətn: Şəkil: Kristine Wreyford, Markus Askelöf